Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı ilə görüşüb
Prezident İlham Əliyevin və Azərbaycana işgüzar səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb. Əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulandı və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
1news.az