İlham Əliyev Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb

17:53 - 26 / 04 / 2016
İlham Əliyev Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin dövlət katibi Arlem Dezir Fransa Prezidenti Fransua Ollandın salamlarını və Azərbaycanla bağlı xoş xatirələrini dövlətimizin başçısı İlham Əliyevə çatdırdı.

Fransa Prezidentinə salamlarına görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Fransa dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Prezident Fransua Ollandın Azərbaycana iki dəfə səfər etdiyini xatırladan dövlətimizin başçısı dedi ki, bu, özlüyündə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyinə görə Arlem Dezirə minnətdarlıq edən Prezident İlham Əliyev səfərin ikitərəfli və regional məsələləri müzakirə etmək baxımından yaxşı fürsət olduğunu bildirdi.

Səmimi qəbula görə minnətdarlıq edən Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və son proseslər ətrafında geniş fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
590

Son xəbərlər

70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27
Bütün xəbərlər