Mehriban Əliyeva BƏƏ-nin tolerantlıq üzrə dövlət naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva BƏƏ-nin tolerantlıq üzrə dövlət naziri ilə görüşüb

19:18 - 26 / 04 / 2016
Mehriban Əliyeva BƏƏ-nin tolerantlıq üzrə dövlət naziri ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın aprelin 26-da daha bir görüşü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimi ilə olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, qonağı Azərbaycanda görməkdən məmnun olduğunu deyən Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” kimi aktual mövzuya həsr edildiyini vurğuladı və tədbirdə iştirak etdiyinə görə Şeyxə Lubna Al Qassimiyə minnətdarlığını bildirdi.

“Xalqınıza dərin hörmətimi çatdırıram”, - deyən birinci xanım Mehriban Əliyeva ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğuladı.

Şeyxə Lubna Al Qassimi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakın onun üçün şərəf olduğunu, Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirdi.

1news.az

 

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər