Hikmət Hacıyevin Eurasianet.org portalında “Dağlıq Qarabağ: Mülki insanların əsl vəziyyəti” adlı məqaləsi dərc olunub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyevin Eurasianet.org portalında “Dağlıq Qarabağ: Mülki insanların əsl vəziyyəti” adlı məqaləsi dərc olunub - FOTO

09:25 - 26 / 04 / 2016
Hikmət Hacıyevin Eurasianet.org portalında “Dağlıq Qarabağ: Mülki insanların əsl vəziyyəti” adlı məqaləsi dərc olunub - FOTO

Erməni yalanlarına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin mənzil qəraragahı Nyu-Yorkda yerləşən Eurasianet.org portalında “Dağlıq Qarabağ: Mülki insanların əsl vəziyyəti” adlı məqaləsi dərc edilib.

1news.az-ın nazirliyin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, məqalədə müəllif erməni yalanlarını ifşa edərək qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx şəkildə yalnız mülki Azərbaycan əhalisinin yaşadığını qeyd edib.

O, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə nəticəsində qarşı tərəfdə mülki insanların olmadığını vurğulayaraq, Ermənistan təbliğatının qəsdən aprel ayının 2-dən başlayaraq təmas xətti boyunca yerləşən 34 Azərbaycan kənd və şəhərinin intensiv artilleriya atəşinə tutulmasından sükutla keçdiyini oxucuların diqqətinə çatdırıb. Müəllif işğal olunmuş Ağdamın Sarıcalı kəndində orta məktəb binasına atılan artilleriya mərmisi nəticəsində 220 şagirdin təsadüf nəticəsində sağ qaldığını bildirib.

Tərtər sakini 16 yaşlı Təranə Həsənlinin isə Ermənistan silahı qüvvələrinin bölmələri tərəfindən atılan mərmi nəticəsində evlərinin həyətində faciəli həlak olduğunu qeyd edib. Ermənistan silahlı bölmələrinin son hücumları nəticəsində 4 nəfər mülki insanın öldüyü, 20-dən artıq insanın yaralandığı və mülki obyektlərə ciddi ziyan dəydiyini bildirib.

O, mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün aprelin 2-dən etibarən Azərbaycan Ordusunun cavab tədbirləri gördüyünü qeyd edib. Azərbaycan tərəfinin zəruri tədbirlər görməyəcəyi halda, Ermənistanın 1992-ci il qanlı Xocalı faciəsi kimi qırğını təkrar törətməkdən çəkinməyəcəyini yazıb.

Baş vermiş hadisələrə görə öz məsuliyyətini gizlətmək üçün Ermənistanın yalan təbliğatla məşğul olduğunu yazan H.Hacıyev artıq aprelin 2-si səhər radələrindən sosial mediada Ermənistanın uydurduğu audio-vizual materiallarla doldurulduğunu oxucuların diqqətinə çatdırıb. Hərbi əməliyyatlar başlayan kimi sosial şəbəkələrə yalan təbliğat materiallarının yerləşdirilməsinin Ermənistanın əvvəlcədən hazırladığı planının tərkib hissəsi olduğunu deyib.

Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun gərginliyin yaranmasının əsas səbəbi olduğunu qeyd edən H.Hacıyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. Azərbaycan ərazilərinin hərbi işğalının həll yolu olmadığını yazan müəllif Ermənistan rəhbərliyinin bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh və sabitliyin bərqərar olacağını vurğulayıb.

1news.az

Paylaş:
590

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər