“Nyu-York Times” qəzetində dərc olunmuş qərəzli məqaləyə Azərbaycan diplomatının cavabı
Aprelin 25-də “Nyu-York Times” qəzetində Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin əməkdaşı Samirə Səfərovanın sözügedən qəzetdə 19 aprel tarixində dərc edilmiş qərəzli məqaləyə münasibətdə cavab məktubunu dərc edib.
Səfirlikdən 1news.az-a verilən məlumata görə, cavab məktubu “Nyu-York Times”ın redaksiyasına qəzetin Moskvadakı müxbiri Andryu Kramerin müəllifi olduğu “Etnik münaqişə olan müharibə zonasında kosmopolit vahə inkişaf etməkdədir” (Amid the War zone of ethnic conflict, a Cosmopolitan Oasis Flourishes) başlıqlı qərəzli məqaləsi ilə əlaqədar ünvanlanıb.
Cavab məktubunda müəllifin etnik təmizləmə aparılmış ərazinin vahə (oasis) adlandırmasının mənəvi cəhətdən doğru olmadığı vurğulanır və eyni zamanda doğma yurdlarına qayıtmağı hələ də gözləyən məcburi köçkünlərin mövcudluğu xatırladılır. Bildirilir ki, məqalədə yüz minlərlə öz doğma diyarından didərgin düşmüş azərbaycanlıların acınacaqlı vəziyyətinin və Qarabağın Azərbaycan üçün əhəmiyyətinin əks etdirilməməsi təəssüf edicidir.
Həmçinin, qeyd edilir ki, məqalədə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini keçmiş sovet məkanındakı oxşar ərazi münaqişələrindən fərqləndirilmək məqsədilə Qarabağda xaricdəki erməni diasporasının fəaliyyətinə istinaddan istifadə edilir.
Sonda müəllifə Ermənistanın öz suverenliyini de-facto olaraq itirməsi və Ermənistanda hökm sürən acınacaqlı iqtisadi və demoqrafik tənəzzül məsələlərinə daha yaxından diqqət yetirməsi tövsiyə olunur.
1news.az