Azərbaycanla Braziliya arasında əlaqələrin inkişafı müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Braziliya arasında əlaqələrin inkişafı müzakirə olunub

10:25 - 26 / 04 / 2016
Azərbaycanla Braziliya arasında əlaqələrin inkişafı müzakirə olunub

Xarici işlər nazirinin müavini Xələf Xələfov Braziliya Federativ Respublikasının xarici işlər nazirinin müavini Fernando Simas Maqalhaes ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə nazir müavini X.Xələfov Azərbaycan və Braziliya arasında xüsusilə hər iki ölkənin səfirliklərinin açılması ilə ikitərəfli əlaqələrin inkişaf etdiyini, iqtisadi, mədəni, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın mövcudluğunu qeyd edib.

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində xarici investorlar üçün əlverişli mühitin yaradılıdığını diqqətə çatdıran X.Xələfov Braziliya istehsalı olan “Embraer” tipli təyyarələrin ölkəmizdə mülki aviasiyada istifadə edildiyini qeyd edib və digər Braziliya şirkətlərinin də ölkəmizdə uğurlu fəaliyyəti üçün imkanların olduğunu vurğulayıb.

İki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin əhəmiyyətindən danışan X.Xələfov sərmayələrin təşviqi, gömrük, kənd təsərrüfatı, ikiqat vergidən azadolunma və digər sahələrə dair sazişlərin imzalanmasının gələcək əməkdaşlıq üçün vacib olduğunu diqqətə çatdırıb.

Nazir müavini daha sonra regiondakı vəziyyətə toxunaraq, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyini, bir sıra iri beynəlxalq iqtisadi, energetika, nəqliyyat, kommunikasiya layihələrinin təşəbbüskarı olduğunu və Azərbaycanda həyata keçirilən tədbirlərin ölkə iqtisadiyyatının enerji sektorundan asılılığının azalmasına və onun şaxələndirilməsinə yönəldiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi, aprel ayında qoşunların təmas xəttində yaranmış gərginlik haqqında həmkarına məlumat verən X.Xələfov Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu münaqişənin həllində ən başlıca problem olduğunu dilə gətirib. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Braziliyanın TŞ-nın qeyri-daimi üzvü olduğu, 874 saylı qətnamənin isə məhz Braziliyanın TŞ-ya sədrliyi dövründə qəbul edildiyini xatırladıb.

O əlavə edib ki, BMT TŞ-nın 822, 853, 874 və 884 saylı qətnalərində Ermənistan tərəfinin əməllərinə birməmalı beynəlxalq hüquqi qiymət verilir. Belə ki, TŞ Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğalını pisləyir, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiqləyir və bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. X.Xələfov digər beynəlxalq təşkilatların da analoji mövqe nümayiş etdirdiklərini bildirib. 

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfərindən məmnunluğunu ifadə edən F.S.Maqalhaes Braziliya xarici işlər nazirinin Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın şaxələndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Səfər çərçivəsində mədəniyyət, turizm, təhsil və digər sahələrdə sazişlər, həmçinin iki ölkənin Diplomatik Akademiyaları arasında anlaşma memorandumlarının imzalanacağını diqqətə çatdırıb.

F.S.Maqalhaes Azərbaycan və Braziliya Xarici İşlər Nazirlikləri arasında indiyədək üç siyasi məsləhətləşmələrin keçirildiyini qeyd edərək, hazırkı səfərinin növbəti məsləhətləşmələr üçün başlanğıc ola biləcəyini vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumatlı olduğunu bildirən nazir müavini münaqişənin BMT TŞ-nın qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizama salınmasına ümidvar olduğunu dilə gətirib.

F.S.Maqalhaes daha sonra avqust ayında Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq prosesi haqqında məlumat verib. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
571

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər