Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

22:27 - 26 / 04 / 2016
Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Maykl Kristides ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə təəssüflə qeyd edildi ki, təşkilata üzv olan bəzi dövlətlər arasında mövcud olan münaqişə və ya mübahisələr QDİƏT-in səmərəli fəaliyyətinə mənfi təsir göstərir.

Nazir E.Məmmədyarov Azərbaycanın da daxil olduğu Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən işlərə və nəqliyyat infrasturukturuna dair məlumat verdi.

Baş katib M.Kristides bildirdi ki, Avropa və Asiya regionu məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda Qədim İpək yolunun işə düşməsi təşkilatın maraqlarına tam cavab verir. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

 

Paylaş:
860

Son xəbərlər

Bütün xəbərlər