6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil ediləcək

22:45 - 26 / 04 / 2016
6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən aprelin 27-29-da 6 rayonda (Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı) səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək.

1news.az-ın məlumatına görə, tibbi-texniki briqada aprelin 27-də saat 9:00-dan 18:00-dək Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qusar rayonunun, aprelin 28-də saat 9:00-dan 18:00-dək nazirliyin Xaçmaz rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında isə həmin rayonun əlilliyi olan və sağlamlıq imkanları məhdud sakinlərinə xidmətlər göstərəcək. 

Aprelin 29-da saat 9:00-dan 13:00-dək nazirliyin Şabran rayon ƏSMM-nin inzibati binasında  Şabran rayonunun, həmin gün saat  14:00-dan 18:00-dək Siyəzən rayon ƏSMM-nin inzibati binasında Siyəzən və Xızı rayonlarının müvafiq təbəqələrdən  olan sakinlərinin protez-ortopedik bərpa xidmətləri ilə təminatı həyata keçiriləcək.

Əvvəlcədən qeydiyyata alınmış, habelə briqadaya birbaşa müraciət edən insanlar aidiyyəti xidmətlərlə təmin olunacaqlar.

1news.az

 

Paylaş:
578

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər