Novruz Məmmədov: “Azərbaycan mütləq öz torpaqlarını geri qaytaracaq”
“Azərbaycan Qarabağ münaqışəsinin sülh yolu ilə həllində maraqlıdır”
1news.az xəbər verir ki, bunu çərşənbə axşamı jurnalistlərə müsahibəsi zamanı AR Prezidentinin Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində bildirib.
“Azərbaycan 20 ildən çoxdur ki, bu məsələyə bağlılğını nümayiş etdirir. Lakin biz dəfələrlə şahid olmuşuq ki, Qarabağ münaqişəsinin həllində müəyyən müsbət dəyişiklik, irəliləyiş olduğu zaman ermənistan tərəfi təxribatlara əl atır”,- N. Məmmədov deyib.
Onun sözlərinə görə belə mənzərə 2009,2014 və son hadisələr zamanı- 2016-cı ilin
Aprel ayında müşahidə olunub.
“Həmsədrlərin münaqişənin həllinə maraq göstərdiyini görən Ermənistan yenə də təxribata əl atdı və layiqli cavabını aldı”, - deyə N.Məmmədov bu ilin aprel ayında cəbhə xəttində baş verən atışma ilə bağlı gərginliyi xatırladıb.
O, həmçinin, Ermənistan prezidenti Serj Sarkisyanın Blumberq kanalına müsahibəsi ilə bağlı münasibətni bildirdi.
“Ermənistan prezidentinin daha danışıqlarda iştirak etməyəcəyinə gəlincə...Əgər o belə edərsə öz xalqını üçün vəziyyəti ağırlaşdıracaq.
Biz öz torpaqlarımızı mütləq qaytaracağıq. Beynəlxalq ictimaiyyətin vasitəçiliyi olsa da, olmasa da biz bunu mütləq edəcəyik. Erməni tərəfi isə öz gələcəyi və xalqının gələcəyini düşünsün”,- deyə Novruz Məmmədov vurğulayıb.
1news.az