Egemen Barış: Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupundan alıb BMT Sivilizasiyaların Alyansına həvalə etmək lazımdır | 1news.az | Xəbərlər
Siyasət

Egemen Barış: Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupundan alıb BMT Sivilizasiyaların Alyansına həvalə etmək lazımdır

17:15 - 27 / 04 / 2016
Egemen Barış: Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupundan alıb BMT Sivilizasiyaların Alyansına həvalə etmək lazımdır

ATƏT-in Mİnsk qrupunun həmsədr ölkələri özləri Dağlıq Qarabağ münaqişəsinin mənbəyini təşkil edir.

Bu haqda Türkiyənin Avropa İttifaqı işləri üzrə keçmiş naziri Egemen Barış bildirib.

“Ermənistanın  Azərbaycanla əlaqdə qurmağa daha çox ehtiyacı var, nəinki Azərbaycanın Ermənistanla. Ermənilər bütün fikir ayrılıqlarını kənara qoymalıdır. Lakin onlar bunu edə bilmir.

Əgər Ermənistan müstəqil dövlət olsaydı o, öz maraqlarına uyğun mövcud olardı. Lakin problem ondadır ki, Ermənistan müstəqil deyil, və qərarlar onun əvəzinə başqa müstəvilərdə- Moskva, Paris, Vaşinqton, Los-Anceles, Ottavada verilir”,- deyə E.Barış qeyd edib.

Onun fikrincə, Dağlıq Qarabağ  münaqişəsini həll etmək o qədər də asan deyil. Bunun üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin siyasi iradə göstərməsi lazımdır.

“Lakin problem ondadır ki, bu struktur artıq 20 ildir ki, fəaliyyət göstərdiyinə baxmayaraq, münaqəşənin həlli üçün heç bir iş görməyib, halbuki bu vaxt ərzində istəsəydi nə isə edə bilərdi. Reallıq isə ondadır ki, məsələnin həlli yollarını axtaranlar özləri münaqişənin mənbəyidir. Bu münaqişənin həllinin ATƏT-in Minsk qrupundan alınaraq  BMT  Sivilizasilayarın Alyansına verilməsi haqqında məsələ qaldırılmalıdır. Əminəm ki,  Əl-Naser ( BMT Sivilizasiyat Alyansının ali təmsilçisi) bu problemin həlli üçün tez bir zamanda çıxış yolu tapa bilər”,- deyə E.Barış fikrini tamamlayıb.

1news.az

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər