Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

17:42 - 27 / 04 / 2016
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə iki ölkə arasında mədəniyyət, informasiya, idman və turizm sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Azərbaycanda Qırğız, Qırğız Respublikasında Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub. 

Nazir E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin xalqlarımızın bölüşdüyü ortaq tarix, mədəniyyət və etnik bağlılıq əsasında ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdiyini bildirib.

A.Maksutov Bakıda keçirilən VII Qlobal Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırdı, tədbirin işini və məramını yüksək qiymətləndirib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

1news.az

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər