Pakistanlı qonaqlar FHN Akademiyasında yaradılmış şəraiti yüksək qiymətləndiriblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pakistanlı qonaqlar FHN Akademiyasında yaradılmış şəraiti yüksək qiymətləndiriblər - FOTO

22:39 - 27 / 04 / 2016
Pakistanlı qonaqlar FHN Akademiyasında yaradılmış şəraiti yüksək qiymətləndiriblər  - FOTO

Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti aprelin 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında olub.

1news.az-ın FHN-ə istinadla verdiyi xəbərə görə, əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov qonaqlara bu tədris ocağının fəaliyyəti haqqında ətraflı məlumat verib, pakistanlı həmkarları ilə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Sonra nümayəndə heyəti Akademiyadakı Heydər Əliyev Mərkəzi, Muzey və laboratoriyalarla tanış olub, kursantların tədris və istirahət şəraiti ilə maraqlanıblar.

Nümayəndə heyətinin rəhbəri səfir Şah Məhəmməd Camal səmimi görüşə görə təşəkkürünü bildirərək FHN Akademiyasında yaradılmış şəraiti yüksək qiymətləndirib. O, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

1news.az

Paylaş:
637

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər