Çavuşoğlu Azərbaycanla əməkdaşlığı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Təşkilata nümunə göstərdi
Ankara Azərbaycan və Türkiyə arasında birgə enerji layihələrindəki və beynəlxalq təşkilatlardakı iştirakı nümunəvi hesab edir.
1news.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Təşkilatın (AQFET) Çində keçrilən toplantısında təşkilat daxilində əməkdaşlıq şəbəkəsinin yaradılmasının vacibliyini qeyd edib.
“Bununla biz dünyada etimad tədbirlərinin bərqərar olmasına töhfəmizi vermiş olarıq”,- deyə Çavuşoğlu bildirib.
“Bu Türkiyə, Azərbaycan və Gürcüstan arasında mümkün olub. Onlar nəqliyyat şəbəsi yaradaraq birgə enerji layihələrini həyata keçirirlər. Daha bir nümunə kimi Türkiyə Şürasını qeyd edə bilərəm”, Çavuşoğlu qeyd edib.
Çıxışı zamanı Türkiyə XİN sədri həmçinin Dağlıq Qarabağ münaqişəsinə toxunub və bildirib ki, Ankara münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllinə ümid edir və bunu gözləyir.
1news.az