Maltanın xarici işlər naziri Bakıya gələcək | 1news.az | Xəbərlər
Siyasət

Maltanın xarici işlər naziri Bakıya gələcək

16:51 - 28 / 04 / 2016
Maltanın xarici işlər naziri Bakıya gələcək

Aprelin 29-da Maltanın xarici işlər naziri Corc Vella Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

1news.az-ın məlumatına görə, səfər çərçivəsində C.Vellanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 29 aprel tarixində saat 11:15-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

1news.az

Paylaş:
562

Son xəbərlər

Bütün xəbərlər