Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işləri üçün AR Prezidentinin ehtiyat fondundan 5.2 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işləri üçün AR Prezidentinin ehtiyat fondundan 5.2 milyon manat ayrılıb

20:17 - 28 / 04 / 2016
Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işləri üçün AR Prezidentinin ehtiyat fondundan 5.2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram.

1. Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon (beş milyon iki yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

1news.az

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər