Naxçıvanda sürücü iki piyadanı vuraraq öldürüb
Naxçıvan Muxtar Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 23:00 radələrində Naxçıvan şəhəri ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini Məhərrəm Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerliləri Səkinə Abdullayevanı və Pərvanə Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş S.Abdullayeva və P.Əliyeva aprelin 28-də orada ölüblər.
Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1news.az
496