Elmar Məmmədyarov: “Ən böyük təhlükə erməni qoşunlarının Azərbaycan torpaqlarında yerləşməsidir”
Xarici işlər naziri Elmar Məmmədyarov may ayının ortasında ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşməyi planlaşdırır.
“Biz həmsədrlərlə əlaqə saxlayırıq, qərara gəlmişik ki, may ayında Avropadakı tədbirlərin birində görüş keçirək”,- deyə, Elmar Məmmədyarov Maltalı həmkarı Carc Vella ilə görüş zamanı bildirib.
Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağla bağlı danışıqlara son qoyacaqları, Ermənistan XİN sədri Edvard Nalbandyanın isə danışıqlar prosesinə sadiq qaldıqları ilə bağlı biri-birinə zidd fikirlərinə münasibət bildirən E.Məmmədyarov qeyd edib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı danışlar prosesindən çıxmayıb.
“Serj Sarkisyan şərt qoyub, lakin problemi şərt qoymaqla həll etmək mümkün deyil. Şərt qoymaq sülh prosesinə kömək edə bilməz, onlarla yalnız danışıqlar prosesini dayandırmaq mümkündür”-deyə Azərbaycan xarici işlər naziri qeyd edib.
XİN sədri eyni zamanda əlavə edib ki, danışıqlar prosesi daimi ola bilməz onlar davam edirsə mütləq nəticəsi olmalıdır.
“Əgər kimsə düşünür ki, danışıqları daha 20-25 il davam etdirmək olar- bu sadəlövh fikirdir. Həmsədrlər də razıdır ki, danışıqlar ölü nöqtədən qalxmalıdır. Ən böyük təhlükə erməni qoşunların Azərbaycan torpaqlarında olmasıdır”,- deyə E.Məmmədyarov qeyd edib.
O xatırladıb ki, cəbhə bölgəsində aprel ayındakı toqquşmadan sonra Azərbaycan tərəfi bəyan edib ki, erməni tərəfin hərəkətləri 1994-cü ildə əldə olunan və 1995-ci ildə dayandırılan atəşkəsi sual altında qoyur.
“Biz hesab edirik ki, atəşkəs rejimini möhkəmləndirmək lazımdır. Biz də hesab edirik ki, hərb şəraitində münaqişəni həll etmək olmaz, lakin danışıqlar prosesinin nəticəsi olmalıdır. Az və ya çox amma nəticənin olması vacibdir. Azərbaycanın mövqeyi birmənalıdır. Bizə nəticə lazımdır. Əgər erməni tərəfi ilə danışıqlarda hər hansı razilıq əldə olunarsa, bundan sonra erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması qrafiki təqdim olunmalıdır”,- deyə, E.Məmmədyarov bildirib.
1news.az