Amerikanın “Oregon Jewish Life” qəzetində Azərbaycandan bəhs edən məqalə dərc edilib | 1news.az | Xəbərlər
Siyasət

Amerikanın “Oregon Jewish Life” qəzetində Azərbaycandan bəhs edən məqalə dərc edilib

16:01 - 29 / 04 / 2016
Amerikanın “Oregon Jewish Life” qəzetində Azərbaycandan bəhs edən məqalə dərc edilib

ABŞ-da nəşr olunan “Oregon Jewish Life” qəzeti “Böyük Portlandın Yəhudi Federasiyası” təşkilatının icraçı direktoru Mark Blattnerin geniş məqaləsini dərc edib.

1news.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki,  “Azərbaycandan sevgilərlə” adlı məqalədə müəllif baş konsul N.Ağayevin Oreqon ştatına işçi səfəri zamanı sözügedən təşkilatın nümayəndələri ilə görüşü və Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrindən söz açır.

Məqalədə Azərbaycanın tarixi və coğrafi mövqeyi haqda məlumat verən müəllif, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu xüsusi vurğulayır və həmin il ölkəmizdə qadınlara ilk dəfə səsvermə hüququnun verildiyini diqqətə çatdırır.

Ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinə toxunan Mark Blattner  Azərbaycanda otuz minə yaxın yəhudinin yaşadığını qeyd edərək, burada tarix boyu anti-semitizm əlamətlərinin olmamasını və müsəlman, yəhudilər arasında sıx dostluq əlaqələrinin yaranmasını məhz xalqımızın zəngin milli-mənəvi dəyərlərindən irəli gəldiyini diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycan ilə İsrail arasında mövcud əlaqələrdən bəhs edən Mark Blattner, bu əlaqələrin 1992-ci ildə Azərbaycanda İsrail səfirliyinin açılması ilə başladığını və bu gün bütün sahələrdə uğurla inkişaf etdirildiyi haqda oxuculara məlumat verib.

Sonda müəllif Azərbaycanda yaşayan yəhudilərlə bağlı bir sıra diqqət çəkən məqamları xüsusi olaraq qeyd edir.

Məqalənin qısa mətnini təqdim edirik:

Azərbaycandan sevgilərlə

Baş konsul ölkəsindəki  dini harmoniya ilə fəxr edir. Ölkədə təkcə yəhudilər deyil, eyni zamanda şiələr  və sünnilər qarşılıqlı hörmət və ehtiram içərisində yaşamaqda davam edirlər. Regionun  ən böyük  məscidində şiələr  və sünnilər birgə vəhdət namazı qılır,bir-birilə qohum olur və sülh şəraitində yaşayırlar.

Azərbaycan Respublikası ilə İsrail dövləti arasında yüksək diplomatik əlaqələr var. 1992-ci ildə regionda ilk dəfə  İsrail dövləti öz diplomatik səfirliyini Bakıda açmışdır. İsrail Azərbaycanın ilk “üçlük”dəki iqtisadi tərəfdaşı, Azərbaycan isə İsrailin ilk beşlikdəki iqtisadi tərəfdaşıdır. Bir faktı qeyd etmək lazımdır ki, İsrailin  neft təchizatının yarısını  Azərbaycan vasitəsilə təmin edir. Neftdən başqa, texnologiya, kənd təsərrüfatı, günəş enerjisi, tibbi əməkdaşlıq, kibertəhlükəsizlik və müdafiə  sahəsində də  əməkdaşlıqlar mövcuddur.İsraillə Azərbaycanın ticarət dövriyyəsi 6 milyard dollar təşkil edir. Eyni zamanda Tel Avivdən Bakıya birbaşa uçuşlar mövcuddur.

Biz çox məmnunuq ki, xarici maliyyə tərəfdaşlarlarımızdan olan Amerika Yəhudi Birgə Paylama Komitəsi Sovet İttifaqının süqutundan sonra Azərbaycanda fəaliyyətini davam etdirir.

Bir neçə başqa maraqlı qeydlər:

Azərbaycanda 10 milyon insan yaşayır.

Dünyada ilk dəfə dövlət büdcəsindən maliyyələşərək  inşa edilən sinaqoq Bakıdadır.

Azərbaycan parlamentinin üzvlərindən biri  yəhudidir (dağ yəhudisi).

Ali Məhkəmənin hakimlərindən biri yəhudi qadındır.

Təxminən 45000 azərbaycanlı  yəhudi İsraildə yaşayır. Məşhur azəri yəhudilərinə nobel mükafatı almış fizik Lev Landau və pianoçu Bella Davidoviçı misal göstərmək olar.

Baş konsul  Ağayevlə görüşümüz maarifləndirici və pozitiv keçdi. Əlamətdar məsələlərdən biri onun səfərinin əsas prioritetlərindən biri olan yəhudi icmalarından olan nümayəndələrlə görüşmək idi. Azərbaycan haqqında ətraflı məlumat toplamaq və ən əsası, dünyanın bu regionundakı ölkədən yəhudi milləti və İsrail dövləti haqqında pozitiv fikirlər eşitmək gözəl bir hiss idi.

1news.az

Paylaş:
731

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər