Ekologiya və təbii sərvətlər naziri Bolqarıstana səfər edəcək
Bolqarıstanın ətraf mühit və su naziri İvelina Vasilyeva Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ilə görüş keçirib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, görüşün məqsədi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun iyunun 27-30-da reallaşacaq Bolqarıstan səfəri üçün hazırlıq işlərini müzakirə etmək olub.
Görüşdə tərəflər, həmçinin tullantıların idarə olunması, xüsusi qorunan təbii ərazilər, iqlim dəyişikliyi və karbohidrogenlərin hasilatı üzrə dəniz layihələrinin ekoloji aspektləri kimi qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
1news.az
685