Almaniyalı deputat: Mülki əhaliyə qarşı hərbi həmlələr qəbuledilməzdir | 1news.az | Xəbərlər
Siyasət

Almaniyalı deputat: Mülki əhaliyə qarşı hərbi həmlələr qəbuledilməzdir

17:41 - 30 / 04 / 2016
Almaniyalı deputat: Mülki əhaliyə qarşı hərbi həmlələr qəbuledilməzdir

Aprelin 1-dən başlayaraq Dağlıq Qarabağ bölgəsində Ermənistan qoşunlarının bütün təmas xətti boyunca Azərbaycan mövqelərinə və mülki əhalinin məskunlaşdığı kənd və qəsəbələrə ağır silahlardan atəş açması dünya ictimaiyyəti tərəfindən pislənilir.

Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərinə qarşı hərbi həmlələr etməsi ilə əlaqədar Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Helmut Novak Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq açıqlama verib. Açıqlamada bildirilir:

“ATƏT-in hazırkı sədri olan Almaniya Federativ Respublikası “dondurulmuş münaqişələr”in həlli ilə daha çox məşğul olacağını bəyan edib. Bu kontekstdə birtərəfli təcavüz bir çox aspektlərdə problemli görünür. Bu, birtərəfli qaydada atəşkəs rejiminin pozulması anlamına gəlir.

Almaniya qüvvədə olan beynəlxalq hüququn hər hansı formada pozulmasını qınayır. Hazırkı hərbi təxribatlar, təəssüf ki, Almaniyanın regionda sülhü dəstəkləmək və Azərbaycanın ərazi bütovlüyünü qorumaq cəhdlərinə mane olur. Bu halda mülki əhaliyə qarşı hərbi həmlələrin baş verməsi qəbuledilməzdir”.

Paylaş:
910

Son xəbərlər

Bütün xəbərlər