İlham Əliyev polşalı həmkarına təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev polşalı həmkarına təbrik məktubu göndərib

19:32 - 02 / 05 / 2016
İlham Əliyev polşalı həmkarına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Polşa Respublikasının prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

1news.az

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər