Parlamentdə Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi təklif olunub | 1news.az | Xəbərlər
Siyasət

Parlamentdə Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi təklif olunub

12:57 - 06 / 05 / 2016
Parlamentdə Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi təklif olunub

“Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunması vacibdir”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin mayın 6-da keçirilən iclası zamanı deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir:

“Son hadisələr göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır”.

S.Novruzov qeyd edib ki, daha çox Naxçıvan sakinləri 3 aylıq viza rejimi ilə bağlı çətinlik çəkirlər:
“Türkiyədə işləyən Naxçıvan vətəndaşları 3 aydan sonra ölkəyə qayıtmalıdırlar. Belə çıxır ki, insanlar qazandıqları maaşı yol puluna xərcləməlidir. Heç olmasa ilk növbədə viza rejimini Naxçıvan sakinləri üçün ləğv etmək lazımdır”.

Öz növbəsində çıxış edən spiker Oqtay Əsədov qeyd edib ki, iki ölkə arasında viza rejiminin ləğvi ilə bağlı işlər aparılır. 

1news.az

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər