“Polis haqqında” qanunda dəyişikliklər təsdiq edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Polis haqqında” qanunda dəyişikliklər təsdiq edilib

21:16 - 12 / 05 / 2016
“Polis haqqında” qanunda dəyişikliklər təsdiq edilib

Prezident İlham Əliyev “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qanunda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87, № 11, maddə 1360; 2015, № 5, maddə 486, № 11, maddə 1277, № 12, maddə 1444; Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 85-VQD nömrəli, 2016-cı il 1 fevral tarixli 120-VQD nömrəli və 23 fevral tarixli 131-VQD nömrəli qanunları) 23-cü maddəsinin I hissəsinin 3-cü bəndində “əsaslarını” sözü “səbəbini, şübhənin mahiyyətini” sözləri ilə əvəz edilsin və həmin bəndə “hüquqlarını” sözündən sonra “ona aydın olan dildə” sözləri əlavə edilsin”.

1news.az

 

Paylaş:
710

Son xəbərlər

Bütün xəbərlər