Prezident “Cinayət işlərinə dair hüquqi yardım haqqında” qanuna dəyişiklikləri təsdiq edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident “Cinayət işlərinə dair hüquqi yardım haqqında” qanuna dəyişiklikləri təsdiq edib

21:23 - 12 / 05 / 2016
Prezident “Cinayət işlərinə dair hüquqi yardım haqqında” qanuna dəyişiklikləri təsdiq edib

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qanunda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 521) 2.2-ci maddəsinə “olmadıqda” sözündən sonra “və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə” sözləri əlavə edilsin”.

1news.az

 

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər