Vüsal Hüseynov: “Prezident institutunun güclənməsi hakimiyyətin digər qollarının zəiflədilməsi demək deyil” | 1news.az | Xəbərlər
Siyasət

Vüsal Hüseynov: “Prezident institutunun güclənməsi hakimiyyətin digər qollarının zəiflədilməsi demək deyil”

16:45 - 24 / 08 / 2016
Vüsal Hüseynov: “Prezident institutunun güclənməsi hakimiyyətin digər qollarının zəiflədilməsi demək deyil”

Konstitusiyasda dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsində yer alan maddələr millət vəkili Vüsal Hüseynov tərəfindən geniş təhlil edilib.

1news.az xəbər verir ki, bu barədə feysbuk səhifəsində məlumat paylaşan deputat vətəndaşların daha çox sualı olduğu iki maddə ətrafında fikirlərini bölüşüb.

Həmin maddələr vitse-prezident institutu ilə bağlı 103-1–ci və Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları ilə bağlı 101-ci maddədir.

Vitse-prezident institutu ilə bağlı 103-1–ci maddə

Millət vəkili bildirir ki, bu maddədə prezidentlik institutunun gücləndirilməsi məqsədi ilə vitse prezident vəzifələrinin təsis edilməsi və onların təminatı ilə bağlı məsələləri müəyyən edən dəyişikliklər yer alır:

“Prezidentlik institutunun gücləndirilməsi, vitse-prezidentlik institutunun yaradılması, vitse-prezidentlərin səlahiyyəti ilə bağlı təklif edilən dəyişikliklərin hakimiyyətlərin bölünməsi prinsipini pozması və parlament nəzarətini zəiflədəcəyi istiqamətində fikirlər səslənir. Ümumi olaraq qeyd edilməlidir ki, Prezident institutunun güclənməsi heç də dövlət hakimiyyətinin digər qollarının zəiflədilməsini şərtləndirmir. Burada parlamentin icra hakimiyyəti üzərində nəzarət və təsir imkanları ilə bağlı müddəa və təminatlara əsas diqqət yetirmək vacibdir”.

Vüsal Hüseynovun sözlərinə görə, mövcud Konstitusiyada bu təminatlar dəyişməz olaraq qalır. Bunlar dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət, yüksək vəzifəli şəxslərin, o cümlədən hakimlərin təyinatında iştirak, Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması, Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi, referendum təyin edilməsi, amnistiya və digər səlahiyyətlərdir:

“Qeyd edilənlər, həmçinin qanunların Prezidentin etirazını doğurduğu halda qüvvəyə minməsi ilə bağlı Parlamentin üstün mövqeyini təmin edən təminatlar dövlət hakimiyyətin digər qolları üzərində səmərəli parlament nəzarətinin həyata keçirilməsi üçün imkanlar və balans təmin edir.

Vitse-prezidentin təyinatı proseduru ilə bağlı əsas yanaşma kimi, bu təyinatın parlamentdən yan keçməsi və bununla da parlamentin rolunun əhəmiyyətli zəifləməsi kimi qeyd edilir. Lakin mövcud Konstitusiyadakı mexanizmlə bu yeniliyi müqayisə etsək əslində təklif edilən dəyişikliyin hakimiyyətlərin bölgüsü prizmasından əhəmiyyətli dəyişiklik və ya geriləmə gətirməyəcəyi görsənir. Belə ki, Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydasında müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına Parlament tərəfindən üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər”.

Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, yeni dəyişikliyə əsasən Azərbaycan Respublikası Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilməsi üçün müddət 3 aydan 60 günədək, yəni 1 ay müddətinə qısaldılır. Bu halda Prezident səlahiyyətlərini icra edən şəxsin maraqları kiçildilir, ictimaiyyətin maraqları isə gücləndirilir.

Vitse-prezident institutunun Konstitusion sistemimizdə yeni institute olduğunu və məqsədin prezidentlik institutunun gücləndirilməsi, ölkənin sabit inkişafına xidmət edəcək idarəçilik sisteminin təmin edilməsi olduğunu deyən Vüsal Hüseynov, təkliflərə vitse-prezidentin konkret fəaliyyətinin necə olacağı və səlahiyyətlərinin nədən ibarət olacağı ilə bağlı məsələlərin qeyd edilmədiyini vurğulayıb:

“Bu baxımdan indiki mərhələdə bu vəzifənin statusu barədən vaxtından əvvəl səsləndirilən mülahizə və şərhlərin heç bir əsası yoxdur. Bu məsələ gələcəkdə müvafiq normativ hüquqi aktlarla, Konstitusiya Qanunu ilə tənzimlənəcəkdir. Təkliflərdə hazırda vitse-prezidentin toxunulmazlığı və təminatı ilə bağlı məsələlər yer almışdır ki, bunlar da ümumi normalardır”.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları ilə bağlı 101-ci maddə

Təklif edilir ki, Azərbaycan Respublikası Prezidentinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmək səlahiyyəti müəyyən edilsin.

Deputat deyir ki, bu dəyişiklik Prezidentə etimad səsi qazanmaq üçün xalqa müraciət etmək imkanı təmin edir:

“Bu isə hər hansı qeyri-müəyyən vəziyyətlərdə xalqın öz iradəsini təkrar bildirməsi və bununla stabilliyin təmin edilməsi üçün imkanlar yaratmaq məqsədi daşıyır. Prezidentinin səlahiyyət müddətinin uzadılması kontekstində belə səlahiyyətin müəyyən edilməsi xüsusilə əhəmiyyətlidir”.

Prezident respublikasında prezidentin növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin bir sıra ölkələrin təcrübəsində mövcud olduğunu xatırladan millət vəkili, oxşar təcrübənin parlament demokratiyası olan ölkələrlərdə də müəyyən edilidini bildirib:

“Nümunə üçün, 1997 və 2000-ci illərdə Kanadanın dövlət başçısı tərəfindən iki növbədənkənar seçki təyin edilib. Həmçinin, Danimarka konstitusiyasının 32-ci maddəsinə əsasən, baş nazirin parlamentə növbədənkənar seçki təyin etmək hüququ vardır. Oxşar mexanizm Yaponiya konstitusiyasının 7-ci maddəsində də öz əksini tapır. Dövlət və yaxud da hökumət başçısının növbədənkənar seçki təyin etmək səlahiyyətinin əhəmiyyəti məhz siyasi böhran baş verən zaman xalqın öz iradəsini yenidən ifadə etmək imkanının tanınmasıdır.

Parlament demokratiyası olan ölkələrdə dövlətin siyasi və idarəetmə sütununu parlament, prezidentli respublikalarda isə prezident institutu təşkil etdiyi üçün müvafiq olaraq hər biri ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi mexanizminin mövcudluğu bu siyasi və idarəetmə sistemindəki stabilliyin qorunmasına xidmət edir”.

Vüsal Hüseynov fikrini belə yekunlaşdırır ki, prezidentli respublika idarəetmə formasına malik olan dövlətlərdə dövlət başçısının növbədənkənar seçki təyin etməsi də eyni məqsədə xidmət edir – hakimiyyətin mənbəyi olan xalqın iradəsinin ifadəsi üçün zəmin yaratmaq.

1news.az

Paylaş:
3089

Son xəbərlər

Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27
Bütün xəbərlər