Rusiya XİN-də Qarabağa dair məsləhətləşmələr aparılacaq | 1news.az | Xəbərlər
Siyasət

Rusiya XİN-də Qarabağa dair məsləhətləşmələr aparılacaq

21:42 - 31 / 08 / 2016
Rusiya XİN-də Qarabağa dair məsləhətləşmələr aparılacaq

Sentyabrın 8-də Moskvada ATƏT-in Rusiya XİN rəhbərliyi ilə Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik arasında Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə dair məsləhətləşmələr aparılması planlaşdırılıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə Moskvada keçirilən növbəti brifinqdə məlumat verib.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair mayın 18-də Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş sammitlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişinə və gələcək birgə iş perspektivlərinə xüsusi diqqət yetiriləcək.

M.Zaxarova deyib: “Söhbət Moskvada, Vaşinqtonda və Parisdə müntəzəm keçirilən planlı məsləhətləşmələrdən gedir. Bu tədbirin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində üç ölkənin səylərini əlaqələndirməkdir”.

1news.az

 

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər