Mübariz Əhmədoğlu: Türkiyə-Rusiya münasibətləri dünyadakı proseslərin hərəkətverici qüvvəsinə çevrildi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Türkiyə-Rusiya münasibətləri dünyadakı proseslərin hərəkətverici qüvvəsinə çevrildi

16:19 - 06 / 09 / 2016
Mübariz Əhmədoğlu: Türkiyə-Rusiya münasibətləri dünyadakı proseslərin hərəkətverici qüvvəsinə çevrildi

Türkiyə-Rusiya münasibətləri dünyadakı proseslərin hərəkətverici qüvvəsinə çevrildi. Bu, təkcə Avrasiya materikinə deyil, bütün dünyaya aiddir. Böyük ehtimalla uzun müddət də belə olaraq qalacaq. Türkiyə-Rusiya münasibətlərinin xarakterini müəyyənləşdirmək çox çətindir.

Əvvəlcə tərəfdaş, sonra düşmən olan bu iki dövlət indi, görünür, mehriban düşmən münasibətlərinin çox spektrlərini sınamış olacaqlar. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Rusiya ilə növbəti barışığın təşəbbüskarıdır. R.T.Ərdoğan Vladimir Putinə üzr istəmə məktubu yazarkən onun rəsmiləri Ermənistanla münasibətləri normallaşdırmaq barədə planlar hazırlayırmışlar.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Türkiyə-Rusiya münasibətlərində  baş verən son prosesləri şərh edərkən deyib:

Ermənistan Rusiyanın demək olar ki, tərkib hissəsidir.

Ərdoğan bir əli ilə Rusiyaya barışıq təklif edir, digər əli ilə Rusiyanın bir parçasını qoparmaq istəyir. Ərdoğanın Rusiya ilə “mehriban düşmənçilik” siyasəti ola bilər, Qərblə müştərək siyasətdir. Bu siyasətin vaxtı da diqqət çəkir. Rusiya İranla münasibətlərdə uğur əldə etdi, sonra qəflətən İran Rusiyanın hərbi təyyarələrini Həmədan bazasından qovdu. Ukrayna ilə münasibətlərdə nisbi sakitlik birdən-birə Rusiyanın əleyhinə aktivləşdi.

Bakıda keçirilən Azərbaycan-İran-Rusiya üçtərəfli formatı sanki  İran və Türkiyəni yaxınlaşdırdı. Bu yaxınlaşmada əsas motivasiya Rusiyanın Yaxın Şərq regionunda kürdlər yaşayan əraziləri birləşdirməklə vahid kürd ərazisi yaratmaq, sonra isə bunu dövlətə çevirmək cəhdini əngəlləməkdir. Kürd separatizmi təkcə Türkiyə üçün deyil, həm də İran üçün təhlükəlidir. Kürd separatçıların dövlət yaratmaq istiqamətindəki aktivliyi İranın ərazi bütövlüyünə ciddi təhdid yaradacaq. Ona görə, Türkiyə və İran qısa müddətli olsa da kürd separatizminin dostu bildikləri Rusiyaya qarşı ittifaq yaratdılar. İranın Həmədan aviabazasından Rusiya təyyarələrinin qovulmasının səbəbi də bundadır.

İranın Türkiyə ilə uzunmüddətli müttəfiq olması mümkün deyil. Amma İran Türkiyənin qaz bazarını ələ keçirənədək Türkiyə ilə müttəfiqliyi davam etdirəcək. Ona görə, Rusiyanın belə vəziyyətdə siyasi hazırlıqları onun üçün çox vacibdir. Hadisələrin belə mürəkkəb, çoxşaxəli, ziddiyyətli davamı dövründə Rusiya diplomatlarının Yaxın Şərq üzrə aktivliyi diqqəti çəkir. Rusiyanın yeni vəziyyətlə üzləşdiyi göz qabağındadır.

Türkiyə tankları Suriyanın ərazisindədir.  Türkiyə ordusunun Suriyadan çıxmasının iki yolu var: - Rusiya Suriyada Türkiyə ilə açıq müharibəyə gedir və bu müharibədən qalib çıxır.

- Türkiyənin daxilində kürd terrorçularına dəstək verməklə türk ordusunu Suriyadan çıxmağa vadar etmək.

Baş verən proseslər Rusiyanı ya Ukrayna, ya da Suriya istiqamətində konkret qərarlar qəbul etməyə təhrik edir. Hər iki istiqamətdə diplomatiyanın imkanları minimaldır. RF “Normand” dördlüyündə Ukraynanı inkar edir. Yalnız Fransa prezidenti F.Oland və Almaniyanın federal kansleri A. Merkellə əlaqə saxlayır. Onlar o cümlədən ABŞ “Minsk-2” prosesinin aktivləşməsini tələb edirlər. ABŞ vitse-prezidenti Ukraynaya Rusiya ilə qarşıdurmadan çəkinməyi qətiyyətli şəkildə tövsiyə etdi. Suriya istiqamətində də Türkiyənin qoşun yeritməsi, ABŞ-ın Türkiyənin bu addımına dəstək verməsi göstərir ki, ABŞ da Suriya məsələsini diplomatik yolla həllinə inanmır.

Türkiyə prezidenti Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Putinlə görüşdü. Noyabrdakı təyyarə insidentindən sonra bu, onların ilk görüşü idi. Bəlağətli ritorika iki saat çəkən görüşün ən aparıcı elementi idi. Putin Türkiyədəki dövlət çevrilişi zamanı Ərdoğana zəng etməsini yada saldı, Ərdoğan dünya liderlərinin içərisində Putinin zənginin ilk zəng olduğunu bildirdi və bu zəngin böyük dəstək olduğunu bildirdi. Putin Türkiyə ilə münasibətləri əvvəlki səviyyəyədək normallaşdırmaq arzusunu bildirdi. Ərdoğan daha da irəli getmək niyyətindədir.

İran Rusiya ilə birlikdə antiterror əməkdaşlıqla bağlı mövqeyini müəyyənləşdirə bilmir.

İran ABŞ-a qarşı siyasətini yenidən kəskinləşdirdi. Əsas hərəkətverici qüvvə yenə İranın Ali rəhbəri S.Ə.Xamnəidir:  İranlılar Hörmüz boğazında ABŞ-ın gəmilərinə hücum etdilər. Ağ ev və Dövlət Departamenti İranın bu hərəkətinin motivasiyasını anlamadıqlarını bildirdilər. Ehtimal ki, İranın belə konvulsiv aktivləşməsi Rusiyaya Həmədandakı hərbi bazadan istifadəni qadağan etmələri ilə bağlıdır. Balans yaratmaq üçün ABŞ-a qarşı belə addım atdılar. İranın Rusiyaya hərbi baza verməsi az qala sensasiya oldu. Hətta ABŞ-ın səlahiyyətli  hərbçiləri Rusiya hərbi təyyarələrinin İranda olmasından, uçuşdan cəmi bir neçə saat əvvəl xəbər tutduqlarını bildirdilər. İran özünü az qala fövqəldövlət elan etdiyinə görə, Rusiyaya hərbi baza verməsi onun statusunun özü tərəfindən aşağılanması anlamındadır.

İran Rusiyanın hərbi təyyarələrinin Həmədan aviabazasında olması ilə bağlı məlumat yaymasını Rusiyanın poza vermək xasiyyəti ilə əlaqələndirdi. Rusiyanın hərbi təyyarələrinin İranda olması İranın daxilində geniş müzakirəyə səbəb olsa da İranda bu məsələ ilə bağlı vahid mövqeyini heç kim ortalığa qoya bilmədi. Müdafiə nazirinin, parlamentin spikerinin, Ali dini liderin, beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşavirinin və təhlükəsizlik şurasının mövqeləri bir-birindən fərqli idi. Belə fərqlilik İranın siyasətinin aparıcı elementidir. Digər tərəfdən İran Rusiya ilə düşmənçilikdən daha çox divident qazana bilər. ABŞ-ın İrana “stavkasının” kökündə məhz onun Rusiyaya düşmən ola bilmək potensialı dayanır.

Çünki İran Qafqaza və Mərkəzi Asiyaya tarixi iddia irəli sürə bilən yeganə dövlətdir. İki parametr isə İranı Rusiyaya hərbi baza verməyə vadar etdi. Birincisi, İranın rəsmi əsaslandırmasıdır; Suriya İrandan Rusiyaya hərbi baza verməyi xahiş edib. İran terrorizmə qarşı mübarizənin bütün addımlarını dəstəkləyən dövlət kimi Rusiyaya bu bazanı verdi. İkincisi, ABŞ İrana qarşı qeyri-müəyyən siyasət aparır. İran bir neçə dəfə Rusiya amilindən istifadə edərək ABŞ-ı özünə tərəf yaxınlaşdıra bilib.

Türkiyə ilə İran arasında əlaqələr xeyli intensivləşib. İranın xarici işlər naziri  Cavad Zərif Türkiyədə,  Mövlud Çavuşoğlu isə İranda səfərdə oldu. 13 saata yaxın çəkən danışıqların mahiyyəti açıqlanmır. Kürd faktoru bu danışıqlarda aparıcı elementdir.

İran Türkiyəyə ixrac etdiyi qazın miqdarını artırdı. Türkiyə daha çox İran qazını almaq istəyir. Əsas maneə İran qazının qiymətidir.

Rusiya ilə ticari-iqtisadi və hərbi-texniki əməkdaşlıq davam edir. Rusiyadan alınan “S-300” ZRK-ların bir dəsti Fordo şəhərində yerləşdirildi.  Xamnəi bildirdi ki, ABŞ İrana “S-300” ZRK-ların almasına bütün maneələri etdi.

Türkiyənin Suriya ərazisinə qoşun yeritməsinin səbəbi separatçı kürd anklavları arasında coğrafi birləşməyə imkan verməməkdir.

Türkiyə Suriya ərazisinə hərbi qüvvə yeritdi. Tanklar və piyadalardan ibarət hərbi qüvvə ABŞ aviasiyasının dəstəyi ilə Suriyanın Carablus məntəqəsindən PKK-nın Suriya qanadını sıxışdırıb çıxardı. Carablus Türkiyə ilə sərhəddə Hələbə yaxın ərazidə yerləşən şəhərdir. Bu şəhər əslində ərəblərə məxsus idi. Amma son vaxtlar PKK bu şəhəri ələ keçirmişdilər. Bu şəhəri ələ keçirməklə PKK  türkmənlərin də mövqeyini xeyli sarsıda bilərdi. Beləliklə, Fərat çayının şərqindəki kürd xalqları ilə Türkiyə və İraq ərazisində yaşayan kürd xalqları arasında coğrafi və təbii maneələr aradan qalxır, Yaxın Şərqdə olan bütün kürd xalqları vahid coğrafiya yarada bilirlər. Bu isə kürd dövlətinin yaranmasını labüd edir.

Kürd separatçıların bu istiqamətdə aktivliyindən ən çox əziyyət çəkən isə Türkiyə olacaq. Türkiyənin ərazi bütövlüyü pozula bilər. Ona görə, Türkiyənin bu addımı məcburi idi. Hətta Rusiya Türkiyə üçün bu mövzunu aktual hesab edir. Türkiyə Suriya ərazisinə qoşun yeritməsini B. Əsədə Rusiya vasitəsi ilə çatdırması diqqəti çəkir. Ərdoğan Suriyanın ərazisinə qoşun yeritməzdən əvvəl siyasi hazırlıqları diqqət çəkir: a) Türkiyə bu əməliyyatı ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Türkiyəyə səfəri ilə eyni vaxta saldı. B) İraq kürdlərinin lideri Məsud Bərzani Türkiyəyə dəvət olundu.

M. Bərzaninin Türkiyənin bu addımına dəstək verməsini ekspertlər İraq kürdləri ilə Suriya kürdləri arasında ciddi fikir ayrılıqları ilə əlaqələndirir. Türkiyə ordusunu, Suriya Azadlıq Ordusu ölkədə vəziyyəti nəzarətə götürdükdən sonra çıxaracağını bildirdi. Bir az öncə isə Türkiyənin baş naziri B. Yıldırım Suriya prezidenti B.Əsədi keçid hökumətində iştirakının mümkünlüyünü bildirmişdir. Rusiya və Türkiyə Suriyanın bölünməzliyində eyni fikirdə olsalar da, kürd məsələsində ziddiyyətlər qalmaqdadır.

ABŞ az keçmiş Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına mövqeyini dəyişdi və narazılığını bildirdi. Hərbi əməliyyatları dayandırmağı təkid etdi. Türkiyə ilə Suriyadakı kürd separatçıların razılıq əldə etməsi barədə məlumat yaydı. Türkiyə separatçılarla bərabər tərəf kimi heç bir razılaşmanın əldə olunmadığını və belə bir şeyin mümkün olmayacağını bildirdi. ABŞ-a Türkiyənin adından belə bəyanatlar verməməyi məsləhət bildirdi: “Heç kim Türkiyəyə hansı terrorçularla mübarizə aparmağı diktə edə bilməz”. ABŞ diplomatlarını təhlükəsizlik məsələlərinə görə ailələrini Türkiyədən çıxarmağa çağırdı. Bir neçə gün dözdükdən sonra İran da Türkiyədən qoşunlarını Suriyadan çıxarmağı tələb etdi.

Mərkəzi Asiya regionunda koordinasiya prosesləri yeni mərhələyə başlayıb

ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda Mərkəzi Asiya regionuna daxil olan bütün 5 dövlətin xarici işlər nazirləri ilə görüşdü. S5+1 formatı legitimləşdi. ABŞ 5 müştərək layihə reallaşdırmaqla həm Mərkəzi Asiya dövlətləri arasında, həm də özü ilə bu dövlətlər arasında koordinasiyanı yenidən qurmaq istəyir. Əsas hədəf kimi kontrterrorizm, ticarət və investisiya, iqtisadi inkişaf və təmiz enerji sahələrində əməkdaşlıqda mümkün qədər tez və effektli starta nail olmaqdır. Bu, məqsədlə ABŞ 15 milyon dollar vəsait ayırdı.

Parisdə Qırğızıstan, Tacikistan, Əfqanıstan və Pakistan XİN rəhbərlərinin bu dövlətləri birləşdirən elektrik şəbəkəsi layihəsi olan CASA-1000 regional layihəsini müzakirə etdilər. Mərkəzi Asiya regionunda kommunikasiya sahəsində sistemsiz, təsadüfü olmasına baxmayaraq böyük aktivlik var: Tacikistan, Qırğızıstan, Qazaxıstan və Rusiya tranzit koridoru Çin-Qərbi Avropa magistralına qoşulması istiqamətində vacib addımlar atıldı. Rəsmi Aşqabad Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolunun 85 km-lik hissəsini tikib başa çatdırmışdı. Tacikistanda Düşənbə-KurqanTübe-Qulyab dəmir yolu istifadəyə verildi. Bu yol ölkənin cənubunu mərkəzlə birləşdirəcək. Özbəkistanda Daşkənd-Buxara marşrutunda yeni sürət qatarı istifadəyə verildi. Çin-Qazaxıstan-Özbəkistan-Əfqanıstan marşrutu üzrə ilk konteyner qatarı yola salındı. Ələt (Bakı, Azərbaycan) - Kurık (Qazaxıstan) portları arasında yeni bərələr işə buraxılacaq. Asiya İnkişaf Bankı Qazaxıstanın nəqliyyat sisteminin təkmilləşməsi üçün 240 milyon dollar vəsait ayırdı.

Özbəkistanda prezident İslam Kərimovun vəfatından sonra bütün Mərkəzi Asiya regionunda qeyri-sabitlik yarana bilər.

Azərbaycan şirkətləri Mərkəzi Asiyada fəaliyyətdədirlər. Özbəkistan Kamçik aşırımından keçən strateji avtomobil yolunun yenidən qurulmasını İspaniyanın “Corsan Corviam Construction firmasından alıb, Azərbaycanın “Evrascon” kompaniyasına həvalə etdi. Diqqət çəkən məqam orasındadır ki, Ermənistanda “Şimal-Cənub” avtomobil  yolunu tikən bu ispan şirkətindən Ermənistanda da narazıdırlar.

1news.az

Paylaş:
581

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər