Bolqarıstan prezidenti Nizami Gəncə Beynəlxalq Mərkəzinin rəhbərliyini qəbul edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bolqarıstan prezidenti Nizami Gəncə Beynəlxalq Mərkəzinin rəhbərliyini qəbul edib – FOTO

20:44 - 19 / 09 / 2016
Bolqarıstan prezidenti Nizami Gəncə Beynəlxalq Mərkəzinin rəhbərliyini qəbul edib – FOTO

Nyu-Yorkda keçirilən “Concordia” Sammiti çərçivəsində Bolqarıstan prezidenti Rosen Plevneliev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edib.

1news.az-ın məlumatına görə, görüşdə Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Lagumdziya və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti müzakirə edilib. Bu ilin noyabr ayında Bosniya və Hersoqovinada bir sıra dövlət başçılarının, o cümlədən Bolqarıstan Prezidenti Rosen Plevnelievin iştirakı ilə keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. V Qlobal Bakı Forumuna hazırlıq  məqsədi daşıyan Ali səviyyəli toplantının əhəmiyyəti vurğulanıb.

Daha sonra Bolqarıstan prezidenti ilə V Qlobal Bakı Forumuna hazırlıq məsələləri və Forumun işini təşkil edəcək mövzular geniş müzakirə edilib. Görüşdə həmçinin bu gün dünyanı narahat edən qlobal problemlər, o cümlədən Avropanın gələcəyinə dair bir sıra məsələlər barədə müzakirələ aparılıb.

Qeyd edək ki, iki gün davam edəcək Sammit çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərindən ibarət nümayəndə heyətinin digər rəsmi şəxslər və nüfuzlu siyasətçilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

1news.az

 

Paylaş:
521

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər