Müdafiə siyasətinin planlaşdırılması və dövlət səviyyəli strateji planlama üzrə seminar keçirilib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviyanın və Litvanın Müdafiə nazirlikləri arasında cari il üçün ikitərəfli əməkdaşlıq planlarına əsasən, Baltikyanı dövlətlərin ekspertlərinin iştirakı ilə “Müdafiə siyasətinin planlaşdırılması və dövlət səviyyəli strateji planlama” mövzusunda seminar təşkil olunub.
1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən seminarda müdafiə siyasəti, müdafiə planlaşdırılması, milli təhlükəsizlik sahəsində strateji planlaşdırma sənədləri arasında əlaqə, ardıcıllıq və cəlb olunan iştirakçıların verəcəyi töhfələr, müdafiə qabiliyyətinin inkişaf etdirilməsi və digər mövzulara dair məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
1news.az