Rasim Musabəyov: Dini radikallarla müxalifətin əlbirliyi – ümidsizlik jestidir | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: Dini radikallarla müxalifətin əlbirliyi – ümidsizlik jestidir

11:10 - 20 / 09 / 2016
Rasim Musabəyov: Dini radikallarla müxalifətin əlbirliyi – ümidsizlik jestidir

Müxalifət dairələrinin dini radikallarla əlbir olması əhəmiyyətli dərəcədə ümidsizlik jestidir, bunu Milli Məclisin deputatı Rasim Musabəyov 1news.az-a ötən həftə müxalifətin keçirdiyi mitinqini şəhr edərkən bildirib.

Xatırladaq ki, Xalq Cəbhəsi partiyasının lideri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənlinin rəhbərliyi ilə müxalifətçi Milli Şuranın sentyabrın 17-də Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda mitinq keçirilib. Həmin günü “Müsavat”ın da aksiyası keçirilib.

Mitinqlərin hər birinə 800-dən az insan toplaşıb ki, bunların arasında təbliğatçı Taleh Bağırzadə tərəfdarları daha çox fərqlənib. Dini mövzu çıxış edənlərin nitqində də xüsusi seçilib.  

Dini mövzuya Əli Kərimli, həmçinin onun silahdaşı Cəmil Həsənli də toxunub. Onlardan hər biri “Nardaran işi” ilə bağlı silahlı basqınla şəriət dövləti yaratmaqda şübhəli bilinənləri həbs etmiş dövləti ittiham ediblər. Bunlarla birlikdə İslam partiyasının sabiq sədr müavini Rövşən Əhmədli də çıxış edib. Müraciətlər əsasən dini auditoriyaya istiqamətlənərək dövlətə qarşı güc tətbiq edilməsindən ibarət idi.

Müxalifətçilərin çıxışları dini qışqır-bağırla səslənirdi (şeytana qarşı meydanarlara çıxaq!).

Rasim Musabəyovun fikrincə, bu cür mitinqlərin təşkili ilə müxalifət öz seçicilərini itirərək dəstəyi dini dairələrdən əldə etməyə çalışır:

“Sözsüz ki, bu cür aksiyaların həddindən artıq mənfi təsirləri ola bilər. Belə ki, cəmiyyət üçün dini kartların oynanılması həddindən artıq təhlükəlidir. Əgər hadisələr bu istiqamətdə davam edərsə, şübhəsiz ki, dövlət dini radikalların kökünün tamamilə kəsmək üçün lazımi tədbirlər görəcək.

Öz növbəsində isə dünyəvi müxalifət demokratik hökumətin onlara verdiyi imkanlardan da məhrum olacaq. Aydındır ki, müxalifət dini fanatikləri istifadə etməklə kütlənin diqqətini özünə yönəldir. Eləcə də, bu dairələrlə əlbir olmaq gücsüzlüyün göstəricisidir”.

 

“Əgər müxalifətçilərimiz – Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər və digərləri özlərini siyasi qüvvə hesab edirsə, o zaman konstruktiv təkliflər irəli sürsünlər ki, xalqın az da olsa etibarının yenidən qazansınlar. Bunların heç biri müxalifətdə yoxdur. Çünki onların heç bir siyasi platforması da yoxdur. Onlar bütün Abşerondan İslan dini və dəyərləri haqda heç bir təsəvvürə malik olmayan dindar fanatiklərini toplayaraq bu cür mitinqlər keçirmək gücünə sahibdirlər”, - deyə deputat bildirib.

Parlamentarinin fikrincə, Azərbaycan müxalifətinin əsas problemlərindən biri sosial bazasının azlığındadır:

“İctimaiyyət onları dəstəkləmir. Çünki müxalifətin gəlişi ilə ölkədəki vəziyyət yalnız pisləşəcək. Hazırda iqtisadi xarakterli (neftin qiymətinin azalması ilə gəlirlərimiz də azalıb) problemlər var. Bu da cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur. Lakin bütün bu çağırışlar yalnız bir ölkənin deyil, qlobal xaraketrli problemlərdir”, - R.Musabəyov.

Onun sözlərinə görə, müxalifət bu mitinqlər hesabına ictimaiyyətə mövcudluğu sübut etmək istəyir. Belə ki, siyasi meydanda onlar demək olar ki, yoxdur.

“Müxalifətçilər hər kəsə nümayiş etdirmək istəyir ki, guya hansısa siyasi gücə sahibdirlər. Lakin mitinqlərdə baş verənlər bunun əksini göstərir. Belə olan halda onların mitinqlərinə bir neçə yüz adam deyil, geniş kütlə toplaşardı”.

Sonda deputat qeyd etdi ki, müxalifətin bütün bu uğursuz cəhdləri referendum keçiriləndən sonra başa çatacaq:

“Bu zaman müxalifətimiz dərin yuxuya gedəcək. Referenduma gəlincə, əminəm ki, Azərbaycan xalqının dəstəyilə uğurlu keçəcək və heç bir qüvvə buna mane olmayacaq”.

Mövzu ilə əlaqədar oxuyun:

Milli Şuranın mitinqində radikal islamçılardan itaətsizlik çağırışları – FOTO

Sosial media müxalifətə gülür – FOTO

Aydın Mirzəzadə: İcra hakimiyyəti qanunu pozmaqla Milli şuranın mitinqinə icazə verib

Araz Əlizadə Əli Kərimli haqqında: Əcnəbi sponsorlar “siyasi acizlərə” yatırım etməyəcək

1news.az

Paylaş:
839

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər