Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.
1news.az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, Silahlı Qüvvələrə Yardım Fonduna 1 oktyabr 2016-cı il tarixədək 76.825.610,95 AZN, 212.373,88 ABŞ dolları, 4493,69 avro və 5000,0 rubl vəsait daxil olub.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilib.
1news.az
537