İlham Əliyev: “Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayır”
“Sizin Azərbaycana səfəriniz Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda svilizasiyalararası dialoq üçün böyük əhəmiyyət kəsb edir”.
1news.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Roma papası Fransisklə görüşü zamanı deyib.
Dövlət başçısı papanı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib:
“Sizin səfəriniz tarixi bir səfərdir. Çox təşəkkür edirəm ki, dəvətimi qəbul edib Azərbaycana səfər etdiniz. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşayır”.
1news.az
547