Aksiz markası ilə markalanmayan 63 min ədəd siqaret aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan xeyli miqdarda siqaret aşkar ediblər.
1news.az xəbər verir ki, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Tofaş” markalı minik avtomobilində aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı bildirilib.
Əməliyyat tədbiri nəticəsində “Tofaş” markalı minik avtomobili Biləsuvar rayonunun İmişli rayonuna tərəf çıxışında saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində cəmi 63.000 ədəd “Manchester”, “D&J”, “Bıstoon”, “Mılano” və “MM” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
605