Prezident İlham Əliyev Estoniya prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kersti Kalyulaydı yeni vəzifəsi münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, təbrikdə deyilir:
“Hörmətli xanım Kalyulayd,
Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
1news.az
797