Geyimlərində “Polisə ictimai dəstək” yazılmış şəxslər kimlərdir? – Açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Geyimlərində “Polisə ictimai dəstək” yazılmış şəxslər kimlərdir? – Açıqlama

21:01 - 06 / 10 / 2016
Geyimlərində “Polisə ictimai dəstək” yazılmış şəxslər kimlərdir? – Açıqlama

Son günlərdə Bakıda və regionlarda xüsusi formalı şəxslərə rast gəlinir.

Onların formasına “polisə ictimai dəstək” yazılıb. Vətəndaşlar bu şəxslərin şəkillərini çəkərək sosial şəbəkədə paylaşırlar. Həmin şəkillərə rəy yazanların bəziləri onları qınayır, bəziləri isə vətəndaşların polis orqanları ilə əməkdaşlığını müsbət dəyərləndirir. 

“Bizim Yol”-a açıqlama verən “Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev bildirir ki, “polisə ictimai dəstək” polisin nüfuzunun və imicinin artmasına müsbət təsir göstərəcək. 

“Mən bilirəm ki “Azərbaycanda polisin sayı kifayət qədər var, ictimai polisə ehtiyac yoxdur” deyə düşünən vətəndaşlarımız var. Onlar hesab edirlər ki, polisin şəxsi heyyətinin sayı çoxdur və ictimai polisə ehtiyac yoxdur. 

10 milyona yaxın əhali sayına görə Azərbaycan polisinin ştat vahid sayı iki minə yaxın azdır. Dövlət büdcəsi üçün ictimai polisin saxlanması polis saxlanmasından daha yaxşıdır. Çünki xərcləri azdır”,- deyə Ş.Əliyev bildirir.

Ekspert deyir ki, bir neçə ay öncə prezident İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, vətəndaşlar polislə əməkdaşlıq edəcək. Hərbi xidməti keçmiş, boyu, 1.70-dən yuxar olan kişi cinsindən olan şəxslər könüllü olaraq ictimai polis xidməti ilə məşğul olacaqlar. Polis orqanları həmin şəxslərə davranış qaydalarını, cinayətkarlıqla mübarizədə üsul və vasitələri öyrədəcəklər. Ehtimal edirəm ki, həmin şəxslər tədricən onlar polis orqanlarında xidmətə keçiriləcək. 

Formasına “polisə ictimai dəstək” yazılmış şəxslərə əmək haqqı büdcədə nəzərdə tutulub. Onlar xüsusi forma və digər xidməti vasitələrlə təmin olunacaqlar. Amma polis əməşdaşlarından fərqli olaraq onlar tabel silahı ilə təmin olunmayacaq.

Ekspertin sözlərinə görə, ictimai polis məsələsi bu ilin əvvəlində ATƏT-in Bakı Ofisi ilə Daxili İşlər Nazirliyinin birgə keçirdiyi “Cəmiyyət dəstəkli polis” layihəsində gündəmə gəlmişdi: “Mən özüm də həmin layihədə vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq iştirak etdim. ATƏT-in və Daxili İşlər Nazirliyin apardığı araşdırmalar, apardığı təhqiqatlarda sübut olunur ki, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının, təhlükəsizliyin təminatında vətəndaşların da dəstəyi olması öz səmərəsini verir. Bu baxımdan “polisə ictimai dəstək” xidmətinin yaradılması əhəmiyyətlidir”. 

Ekspertin sözlərinə görə, bu təcrübə Türkiyəndə, Böyük Birtaniyanda və İsraildə var: "Azərbaycanda “polisə ictimai dəstək” adlanan şəxslər Türkiyədə “İctimai Polis”, Böyük Britaniyada “cəmiyyət və yaxud ictimai dəstəkli polis” və İsraildə “Təhlükəsizliyə  Dəstək” adlanır.

Paylaş:
10883

Son xəbərlər

Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47
Bütün xəbərlər