Nurəddin Quliyev Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb | 1news.az | Xəbərlər
Rəsmi

Nurəddin Quliyev Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb

21:30 - 06 / 10 / 2016
Nurəddin Quliyev Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb

Azərbaycan Prezidenti İlham Əliyev N.Ə.Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Nurəddin Əzulla oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
1438

Son xəbərlər

Bütün xəbərlər