Meteoroloqlardan xəbərdarlıq: İsti hava meteohəssas insanlarda narahatlıq yarada bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: İsti hava meteohəssas insanlarda narahatlıq yarada bilər

13:14 - 07 / 10 / 2016
Meteoroloqlardan xəbərdarlıq: İsti hava meteohəssas insanlarda narahatlıq yarada bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabr ayının 8-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza  görə, oktyabrın 8-9-da Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, iqlim normasından bir qədər yüksək temperatur rejimi və dayanıqlı hava meteohəssas insanlarda narahatlıq  yarada bilər.

1news.az

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər