Arif Paşayev BMA-nın “Fəxri Qızıl Nişanı” və diplomu ilə təltif olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Arif Paşayev BMA-nın “Fəxri Qızıl Nişanı” və diplomu ilə təltif olunub

10:22 - 07 / 10 / 2016
Arif Paşayev BMA-nın “Fəxri Qızıl Nişanı” və diplomu ilə təltif olunub

Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) “Fəxri Qızıl Nişanı” fərqlənmə nişanı və diplomu ilə təltif olunub.

1news.az-a Azərbaycan Milli Elmlər Akademiyasından verilən xəbərə görə, akademik Arif Paşayev bu mükafata Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə layiq görülüb.

1news.az

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər