The Washington Times: İsrail və Azərbaycan neft və silahdan əlavə, həm də uğurlu tərəfdaşlıq yürüdür | 1news.az | Xəbərlər
Siyasət

The Washington Times: İsrail və Azərbaycan neft və silahdan əlavə, həm də uğurlu tərəfdaşlıq yürüdür

11:49 - 31 / 10 / 2016
The Washington Times: İsrail və Azərbaycan neft və silahdan əlavə, həm də uğurlu tərəfdaşlıq yürüdür

İki Şərq ölkəsi olan İsrail və Azərbaycanın əlaqələrinin səviyyəsi yalnız neft və silahla izah edilə bilməz.

1news.az-ın verdiyi məlumatına əsasən, bu haqda Diana Koen Altmanın “ The Washington Times” dərgisində yerləşdirilmiş “İsrail və Azərbaycan neft və silahdan əlavə həm də uğurlu tərəfdaşlıq yürüdür” məqaləsində

Hətta qonşuluqda yerləşən İranın hər iki ölkəyə yönəlmiş qəzəbli baxışları bu iki ölkənin necə dərin ticari əlaqələrə sahib tərəfdaşlığı əldə etdiklərini açıqlamır.

“Müasir İsrail-Azərbaycan əlaqələri 1991-ci ildə Azərbaycanın SSRİ-dən müstəqilliyini elan edən bəyannaməsinin İsrail tərəfindən tanınmasından başlayır. Təxminən 25 ildən sonra dostluq əlaqələri, mədəni və təhsil sahəsində təcrübə mübadiləsi, həmçinin genişlənmiş iş əlaqələri müsəlman ölkənin İsraillə əlaqə qura biləcəyi haqda şübhələri darmadağın edir. Bu dövr ərzində bir çox azərbaycanlı gənc İsrailə səfər edib və burada təhsil alıb”, - məqalədə qeyd edilir.

Müəllifin sözlərinə görə, İsrail-Azərbaycan tərəfdaşlığının niyə uğrulu olmasını anlamaq üçün Qafqaz və Yaxın Şərq bölgələri ilə bağlı təhlillərdə çoxluq təşkil edən siyasi və dini düşüncələri qırağa atmaq lazımdır.

“Bunun səbəbi isə qədim tarix və hər iki ölkədə mədəniyyətin zəruriliyindən qaynaqlanır. İsraillilər və azərbaycanlılar tarix boyu bir çox mədəniyyətin izlərini daşıdığı torpaqda yaşayırlar. Hər iki ölkəyə nəzər salsaq burada müxtəlif tipli insanların yaşadığını görə bilərik ki, bu da hər iki bölgənin mürəkkəb və zəngin tarixə malik olmasına dəlalət edir. İsrail və Azərbaycanın uğurlu tərəfdaşlığına anlamaqda köməkçi rolunu daşıyan mədəniyyət, həmçinin düşmənlər tərəfindən təhrif olunaraq ölkələr arasında nifaqa və əlaqələrinin pozulmasına gətirib çıxara bilər. Hər iki ölkə tarixi və var olmaqları ilə bağlı səngiməyən sorğu-sual atəşinə məruz qalır. Demək olar ki, hər bir israilli və azərbaycanlı mədəniyyətlə yaşam arasında bağ olduğunu etiraf edir”, - deyə D.K.Altman yazır.

Məqalədə Azərbaycanın Quba rayonunda yüzillərlə yaşayan yəhudi vətəndaşların, daha gənc olan Bakı yəhudi icmasının və İsraildə yaşayan azərbaycanlı yəhudilərin Azərbaycan və İsrail arasında zəruri və sarsılmaz bağ yaratdığı vurğulanır.

“Rəsmi Bakı, yəhudilərin uzun müddət ərzində Azərbaycan hökümətində vacib mövqelərdə işlədiklərini bildirir. Tarix də sübut edir ki, Azərbaycanda çoxluq təşkil edən müsəlmanlar yerli yəhudilərlə həmişə sülh və əməkdaşlıq şəraitində yaşayıblar. Digərlərinin gözündə, israillilər və azərbaycanlılar müvafiq mərkəzləri olan Bakı və Qüdsə qarşı dərin bağlılıq nümayiş etdirirlər. Bu bənzərliyi hətta bütün dünyaya yayılmış çoxsaylı azərbaycanlı və israilli disaporlarında da sezmək mümkündür. Qeyd etmək lazmıdır ki, həm Qüdsün, həm də Bakının qonaqları bir çox halda,  incəsənətdən tutmuş məişət həyatınadək hər bir sahədə gözə çarpan möhtəşəm müxtəlifliyə malik olanbu şəhərlərin multikultural ətirlərindən valeh olurlar.  Hər iki şəhərin adi həyatında bir çox bənzərliyin şahidi olmaq olur”, - müəllif yazır.

Diana Koen Altmanın sözlərinə görə, əgər yəhudi mədəniyyəti bütün dünya üzərində geniş tanınırsa, Azərbaycan mədəniyyəti Qərbdə o qədər də tanış deyil. Buna baxmayaraq, Qərbin və Şərqin alimləri Azərbaycanın mədəni irsini, xüsusi ilə musiqisini və ədəbiyyatını, həmçinin onların geniş coğrafi bölgəyə təsirini araşdırır.

“İngilis dilində mövzu ilə bağlı məlumata malik resurs çox azdır. Xalça kolleksiyonerləri yaxşı bilirlər ki, Azərbaycan xalçaları dünyada ən mükəmməl xalçalar sırasındadır.

Əlbəttə ki, Azərbaycanın Quba yəhudilərinin sıradan kənar tarixi kimi mədəniyyətin paralel elementləri Azərbaycan-İsrail tərəfdaşlığının uğurlu olmasına öz tövhəsini verir.

Şübhəsiz ki, Azərbaycan və İsrail mədəniyyətləri arasında paralel var, lakin hər şey bununla bitmir. İki ölkə arasında tərəfdaşlıq sıradan bir əlaqə deyil, bir çox sıx münasibətlərdə olduğu kimi açıqlana bilməyən amillərdən qaynaqlanan bir dinamik prosesdir. Bununla yanaşı ənənəvi normaları və stereotipləri qırağa qoymaqla bu ili ölkənin bir-birində nə isə yaxın bir şey gördüklərinin şahidi olmaq olar”, - deyə “The Washington Time” yazır.

1news.az

Paylaş:
641

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər