Mübariz Əhmədoğlu: Ermənilər Qriboyedovun öldürülməsində, SSRİ-nin dağılmasında iştirak edərkən, Roqozin rəsmi şəxs deyildi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənilər Qriboyedovun öldürülməsində, SSRİ-nin dağılmasında iştirak edərkən, Roqozin rəsmi şəxs deyildi

12:07 - 09 / 11 / 2016
Mübariz Əhmədoğlu: Ermənilər Qriboyedovun öldürülməsində, SSRİ-nin dağılmasında iştirak edərkən, Roqozin rəsmi şəxs deyildi

Rusiya Ermənistanla münasibətlərində sanki tarixi sıfırlayıb, hər şeyi yenidən başlayıb.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

“Rusiya Ermənistanla münasibətlərində sanki tarixi sıfırlayıb, tarixdə baş verənləri unudub, hər şeyi yenidən başlayıb. Bu, erməninin rus xalqı və dövlətinə qarşı xəyanətkarlığının yeni mərhələsinin başlanğıcıdır. Çünki hər bir xəyanət mərhələsindən əvvəl rusların ermənilərə inamı pik səviyyəyə çatıb. Ermənilər SSRİ-nin dağılmasında iştiraklarını, rusları qovan ilk sovet respublikası olduqlarını, sovet ordusunun əleyhinə mitinqləri başlayan ilk  müttəfiq respublika olduqlarını unutdurublar. Moskvada metronu partlatmalarını və sovet pulunu saxtalaşdırmağı unutdura bildikləri üçün SSRİ-nin dağılması dövründə belə aktivlik nümayiş etdirə bildilər. Amma 70-ci illərin SSRİ-də gördüyü işlərin bünövrəsi A.S.Qriboyedovun ölümündə iştirakdan və erməni kilsəsinin çar Rusiyasına qarşı mübarizəsindən başlanmışdı. 80-cı illərin sonundakı antirus fəaliyyətlərində rus siyasətçilərinin və ziyalılarının da erməniləri dəstəkləməsi maksimuma çatmışdı. İndi də təxminən ona bənzər vəziyyət yaranıb”, - deyə politoloq qeyd edib.

Onun sözlərin görə, dörd günlük aprel müharibəsi Ermənistan cəmiyyətinin Rusiyadan inciməsinin dönüş nöqtəsi kimi götürülür.

“Sanki əvvəllər heç nə yox imiş. RF Baş nazirinin müavini D.Roqozin Rusiya-Ermənistan münasibətlərinin pozulmasının əsas günahkarı hesab olunur. Ermənilər Qriboyedovun öldürülməsində, SSRİ-nin dağılmasında iştirak edərkən D.Roqozin rəsmi şəxs deyildi.

RF-in Ermənistandakı səfiri İ.Volınkin hətta öz naziri S.Lavrovun Ermənistanla əlaqəli verdiyi bəyanatları müdafiə edə bilmir. Bəzən ermənilərin maraqları prizmasından Rusiyanın dövlət siyasətinin əleyhinə gedir. PolitoloRusiya hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin rəhbəri Fomin və onun müavini Drojjov Ermənistanın hərbi imkanlarını gücləndirən sənədə imza atdılar”, - Mübariz Əhmədoğlu davam edib.

Politoloqun fikrincə, bu iki prizma Rusiyaya qarşı yönəlib.

“Birincisi, Ermənistanın hərbi imkanlarının genişlənməsi Dağlıq Qarabağ münaqişəsində baş verə biləcək müharibənin miqyasını genişləndirir. Bu isə Dağlıq Qarabağ müharibəsinin Şimali Qafqaza keçmək ehtimalını artırır. İkincisi, Ermənistanın maliyyə imkanlarının məhdudluğu şəraitində ona belə hərbi yardımlar siyasi məqsədlidir. Azərbaycan belə siyasətə siyasi yolla cavab verə bilər. Ən azı silahlanma yarışmasını Rusiya-Azərbaycan-Ermənistan üçbucağından çıxara bilər. Bunun həlli çox sadədədir. Azərbaycan Rusiyadan silah almasını azaldacaqdır.

Hər halda RF özünü daxildən parçalanmağın yolunu və müəllifini ABŞ-a açıq şəkildə nümayiş etdirdi. Rusiya yalnız ermənilərin təsiri altından çıxdıqdan sonra müstəqil siyasət apara bilər. Rusiyadakı ermənilərin bəzən incidilməsi, Dövlət Dumasına seçilməsinin qarşısının alınması müvəqqəti haldır. Ola bilər ermənilərin özlərinin taktiki geriləməsidir. Hər halda Ermənistanın indiki baş naziri K.Karapetyanın təyinatı Rusiyadakı ermənilərin istənilən antiRusiya addıma getməyə hazır olduğunun göstəricisidir”, - deyə M.Əhmədoğlu vurğulayıb.

1news.az

Paylaş:
719

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər