11 manatlıq mühərrikləri oğurlayıb metal kimi satdılar | 1news.az | Xəbərlər
Cəmiyyət

11 manatlıq mühərrikləri oğurlayıb metal kimi satdılar

Qafar Ağayev13:09 - Bu gün
11 manatlıq mühərrikləri oğurlayıb metal kimi satdılar

Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriyi oğurlayıblar. Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nağıyev və R.İbrahimov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin taladıqları əşyaları metal qəbulu məntəqəsinə satdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər