Meksika qəzetləri: Metsamor AES insanlıq üçün təhlükədir | 1news.az | Xəbərlər
Siyasət

Meksika qəzetləri: Metsamor AES insanlıq üçün təhlükədir

17:27 - 11 / 11 / 2016
Meksika qəzetləri: Metsamor AES insanlıq üçün təhlükədir

Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Mehriban Səmədovanın müəllifliyi ilə bu ölkənin geniş oxucu kütləsinə malik “Uno Mas Uno” və “El Dia” qəzetlərində “Metsamor AES insanlıq üçün təhlükədir” adlı məqalə dərc olunub. Məqalə, eyni zamanda, feysbuk, tvitter və digər sosial şəbəkələrdə 4 milyon 200 min nəfərdən çox izləyicisi olan 20 məşhur jurnalist tərəfindən də paylaşılıb.

1news.az-a Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, məqalədə M.Səmədova son dövrlərdə bəşəriyyət üçün yaranan ciddi təhlükələr haqqında müxtəlif səviyyələrdə danışıldığını və ayrı-ayrı peşə sahibləri tərəfindən məsələnin mühüm aspektlərinin geniş təhlil edildiyini bildirir, bütün bunların fonunda dünyanı gözləyən qlobal təhdidlər üzərində düşünmək ehtiyacının yarandığı qənaəti barədə fikirlərini bölüşür. O, bu gün dövrümüzün ən böyük problemlərindən biri olan nüvə təhlükəsizliyindən bəhs edir, atom energetikasının inkişafının bəşəriyyət üçün faydalı olmaqla yanaşı, bu enerji növü ilə ehtiyatsız davranma, ondan qərəzli istifadə, nəzarətsizlik kimi halların çoxsaylı tələfatlara səbəb ola biləcəyindən söhbət açır.

Buna misal olaraq, Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətindən bəhs edən M.Səmədova 1994-cü ildə qəbul olunan, Ermənistanın da qoşulduğu “Nüvə təhlükəsizliyi haqqında” Konvensiyanın 14-cü maddəsində iştirakçı dövlətlərin nüvə qurğuları istismara verilməzdən əvvəl və istismar dövründə qurğunun təhlükəsizliyinin hərtərəfli qiymətləndirilməsinin nəticələri, radiasiya təhlükəsizliyi normativlərinin vəziyyəti barədə hesabatları təqdim etməli olduqları barədə təsbit olunmuş öhdəliklərə imza atdıqlarını bildirir. Buna baxmayaraq, Ermənistan hökumətinin bu tələblərə riayət etməkdən boyun qaçıraraq uzun illər ərzində mənəvi və fiziki aşınmaya məruz qalan bu ölümsaçan obyektin istismarını davam etdirdiyini vurğulayan müvəqqəti işlər vəkili bu gün dünyanın tanınmış nəşrlərində Metsamor AES haqqında çoxlu sayda analitik yazılar dərc olunduğunu diqqətə çatdırır. Daha sonra o, seysmik aktiv ərazidə Çernobılla oxşar, köhnə sovet texnologiyası ilə 1976-cı ildə inşa olunan, qəza zamanı radiasiya sızmalarının qarşısını almaq üçün güvənli soyutma mexanizmi və ya qoruyucu konstruksiyaları olmayan bu obyektin “National Geographic” tərəfindən “Dünyanın ən təhlükəli nüvə stansiyası” adlandırıldığını qeyd etməyin kifayət olduğunu vurğulayır. Eyni zamanda, Ermənistandakı mövcud durumun nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırdığını və bu ölkənin dənizə birbaşa çıxışı olmadığı üçün həmin qüvvələrin öz çirkin məqsədləri üçün qonşu Gürcüstan ərazisindən tranzit kimi istifadə etdiklərini diqqətə çatdırır. M.Səmədova cinayətkarlar yaxalanaraq Ermənistana təhvil verilən zaman əksər hallarda onlar haqqında heç bir tədbir görülmədiyi, cəzasızlığın isə insanlıq əleyhinə yeni cinayətlərə şərait yaratdığının təəssüf doğurduğunu qeyd edir.

Yazıda, həmçinin bildirilir ki, radioaktiv materialların davamlı qaçaqçılığı çirkli bomba istehsalı riskini də artırır. Bu da öz növbəsində İŞİD kimi terrorist təşkilatların daha qanlı cinayətləri reallaşdırmasına xidmət edir. Beynəlxalq ekspertlərin araşdırmalarının mətbuatda dərc olunan nəticələrinə istinad edən müvəqqəti işlər vəkili Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və yeddi ətraf rayonun nəzarətsiz ərazisində Metsamor AES-in radioaktiv tullantılarının basdırıldığı 29 radiasiya mərkəzinin mövcudluğunu qeyd edərək, bu torpaqlarda canlı həyatın gələcək mövcudluğunun şübhə doğurduğunu bildirir.

Məqalənin sonunda M.Səmədova qlobal təhlükənin qarşısının alınması üçün bu gün beynəlxalq səviyyədə həyəcan təbili çalınmazsa sabah artıq gec olacağını vurğulayır. Bu səbəbdən də dünyanın bütün tərəqqipərvər qüvvələrinə insanlığı təhdid edən bu bəladan qurtulmaq üçün haqq səsini ucaltmalı olduğu barədə çağırış edir.

1news.az

Paylaş:
734

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər