Hikmət Hacıyev: Ermənistan XİN-i Azərbaycan tərəfi ilə Hamburqdakı görüşünü hələ də təsdiqləməyib | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistan XİN-i Azərbaycan tərəfi ilə Hamburqdakı görüşünü hələ də təsdiqləməyib

11:44 - 07 / 12 / 2016
Hikmət Hacıyev: Ermənistan XİN-i Azərbaycan tərəfi ilə Hamburqdakı görüşünü hələ də təsdiqləməyib

Məlum olduğu kimi, dekabrın 8-9-da Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 23-cü iclası keçiriləcək.

Görüş ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayerin təşəbbüsü ilə baş tutacaq.

Xatırladaq ki, hər il keçirilən ATƏT-in XİNŞ iclası 57 üzv-dövlətlərin XİN rəhbərlərinə təşkilatın fəaliyyətini qiymətləndirməyə, eləcə də təhlükəsizlik məsələlərilə bağlı dialoqu möhkəmləndirməyə imkan verir.

Nazirlər Şurası – ATƏT-in mərkəzi rəhbərlik orqanıdır. Şuranın iclası hər ilin sonunda keçirilir. Yanvarın 1-dən təşkilatın sədrliyi Almaniyadan Avstriyaya keçəcək.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 1news.az-a şərhində bildirib ki, Hamburqda keçiriləcək iclasdan mühüm nəticələr gözlənilmir:

“Hamburqda keçiriləcək iclasdan mühüm nəticələr gözləmirik. Belə ki bu, içşi xarakter daşıyan növbəti iclaslardan biridir. Bununla yanaşı, bu görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı daha bir imkandır”.

Daha əvvəl xəbər verilmişdi ki, Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycanla Ermənistan XİN rəhbərlərinin görüşü nəzərdə tutulur.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Hamburqda nazirlərin “2+3” formatında görüşünə hazırdır. Yəni münaqişə tərəfinin iki naziri ilə, ATƏT-in həmsədr-ölkələrin üç XİN rəhbərləri formasında:

“Lakin bu məsələ Ermənistanın destruktiv mövqeyinə görə aktuallığını itirir. Ermənistan XİN-i hələ də Azərbaycan tərəfi ilə görüşə hazırlığını təsdiq etməyib. Bu da Ermənistanın danışıqların sülh yolu ilə həllindən yayınmasını bir daha göstərir. Buna görə də Azərbaycanla Ermənistan XİN rəhbərlərinin iclas çərçivəsində və ya ondan öncə görüşü haqda məlumata sahib deyilik”.

Həmçinin o qeyd edib ki, ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas platformadır. Buna görə də həmsədrlər münaqişənin  sülh yolu ilə həll üçün səylərini gücləndirməlidirlər. Həmçinin həmsədrlər onlara təqdim edilən beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq işğalçı ölkə - Ermənistana təzyiq göstərməlidirlər.

Daha sonra XİN rəsmisi ABŞ-ın ATƏT-dəki sədri Daniel Bayerin yaxın günlərdə Amerikanın uzun illər ATƏT məkanındakı münaqişələrin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini diqqətdə saxlaması bəyanatına da fikir bildbirib:

“Bu cür bəyanatlar qənaətbəxş deyil. Status-kvo aparıcı dövlətlərin dəstəyilə dəyişməlidir”.

Azərbaycanın 20% torpaqları – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır.

Ermənistanla Azərbaycan arasında 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə sülh danışıqları aparılır. Ermənistan Dağlıq Qarabağda status-kvonun və Azərbaycanın 20% torpaqlarının işğal altında saxlamaqda davam edir.

1news.az

Paylaş:
745

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər