“Tut” restoranında məhsul nümunəsində uyğunsuzluq aşkarlanıb
Daxil olan müraciət əsasında Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 21F ünvanında yerləşən “GK Fish Farm” MMC-yə məxsus “Tut” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib.
Agentlikdən 1news.az-a verilən məlumata görə, baxış zamanı ictimai iaşə müəssisəsində emal olunan “paytaxt” salatından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsində E.Coli göstəricisinin miqdarı normativ sənədlərin tələblərinə uyğun olmayıb.
Aşkarlanan nöqsanla əlaqədar restoranda soyuq qəlyanaltıların emalı məhdudlaşdırılıb, vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən icraata başlanılıb.



130












