BSU-da Ermənistan-Azərbaycan münaqişəsi üzrə intizam tədris ediləcək | 1news.az | Xəbərlər
Siyasət

BSU-da Ermənistan-Azərbaycan münaqişəsi üzrə intizam tədris ediləcək

19:31 - 08 / 12 / 2016
BSU-da Ermənistan-Azərbaycan münaqişəsi üzrə intizam tədris ediləcək

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə intizam növbəti ildən Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasında tədris ediləcək.

Bu haqda 1news.az-a BSU-nun Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev bildirib.

Onun sözlərinə görə, bununla bağlı qərar rəhbərlik etdiyi kafedranın iclası zamanı “Bakinskiy raboçiy” qəzetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın vətəndaş cəmiyyəti kontekstində” məqaləsinin müzakirəsi zamanı qəbul edilib.

İclasda həmçinin Tarixi elmlərin doktoru Habil Məmmədov, Siyasi elmləri üzrə fəlsəfə doktoru Ləman Qarayeva, Siyasi elmləri üzrə fəlsəfə doktoru, dosent Zümrüd Məlikova, Tarixi elmləri üzrə doktor, dosent Şəhla Nuruzadə və başqaları da çıxış edib.

M.Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixindən, qarşıdurmanın ilk illərində Azərbaycanın informasiya blokadasında olduğundan bəhs edib:

“Əlbəttə ki, dünya ictimaiyyətinə Qarabağ həqiqətlərinin beynəlxalq tribunalardan və xarici KİV vasitəsilə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu qiymətsizdir”.

Onun sözlərinə görə, Ramiz Mehdiyevin məqaləsinin əsas leytmotivinin bu gün Ermənistan əhalisinin Azərbaycanın iqtisadi və demokratik nailiyyətlərini görməsindən ibarətdir:

“Ermənistan hüquq müdafiəçisi və ictimai xadimin Bakıya dəvət edilərək Xocalı soyqırımı qurbanlarına qoyulmuş heykələ gül dəstəsi düzməsinin özü əhəmiyyəli faktordur. Bu, nəinki dünya ictimaiyyəti, eləcə də erməni vətəndaşlarının da münaqişənin sülh yolu ilə həllini dərk etməsini göstərir”.

M.Əliyev Prezident Administrasiyası rəhbərinin məqaləsinin ilkin olaraq rus dilində yazıldığını vurğulayıb:

 “Müsbət haldır ki, məqalə nəinki Azərbaycanda, MDB-də və dünyada oxunacaq. Bu məqaləni oxuyarkən dünya ictimaiyyəti Azərbaycanın sülhsevər mövqeyilə bağlı düzgün nəticələr çıxaracaq”.

Məqalədən sitat gətirərək professor qeyd edib ki, münaqişənin uzanma şərtləri zamanı istənilən gərgin vəziyyət, qüvvələr arasında balansın pozulması ən faciəvi nəticələrə gətirib çıxara bilər:

“BMT-ın Təhlükəsizlik Şurasının məlum qətnamələri, çoxsaylı beynəlxalq strukturların qərarlarına baxmayaraq, yenə də xalq diplomatiyasına ehtiyac var. Yəni xalq özü də barışığa doğru addım atmalıdır. Sevindirici haldır ki, nəhayət erməni ictimaiyyəti sülhün vacibliyini   aydın dərk edib”.

M. Əliyev məqalədə Azərbaycan ərazisində müxtəlif xalqların əmin-amanlıqda yaşaması faktının əks olunmasını da qeyd edib:

“Məqalədə Azərbaycanda çoxsaylı xalqlar və milli azlıqların yaşaması da qeyd edilir. Bu da xalqımızın multukulturalizm dəyərlərinə sadiqliyinin göstəricisidir. Təsadüfi deyil ki, cənab Prezident 2016-cı ilin Azərbaycanda  “Multikulturalizm ili” adlandırıb.  Biz, akademik Ramiz Mehdiyevə  bu məqalənin vaxtında çıxışı, elmi ictimaiyyətə vaxtında çatdırılması üçün minnətdarlığımızı bildiririk. Gələcəkdə bu mövzuda mühazirə oxuyarkən bu məqalədən sitat gətirərəyik”.

1news.az

Paylaş:
824

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər