Moskvada Rusiya-Azərbaycan münasibətlərinə həsr olunan “dəyirmi masa” keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Moskvada Rusiya-Azərbaycan münasibətlərinə həsr olunan “dəyirmi masa” keçirilib

21:33 - 08 / 12 / 2016
Moskvada Rusiya-Azərbaycan münasibətlərinə həsr olunan “dəyirmi masa” keçirilib

Dekabrın 8-də Rusiya Federal Məclisinin orqanı olan “Parlamentskaya qazeta”nın mətbuat mərkəzində “Rusiya-Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı əməkdaşlıq” mövzusunda “dəyirmi masa” keçirilib.

Diskussiyanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açaraq qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin qədim tarixi var. Ötən müddətdə xalqlarımızın dərin tarixi, iqtisadi və mədəni əlaqələr qura bildiyini deyən səfir bu gün Rusiyada 2 milyona yaxın azərbaycanlının yaşadığını, Cənubi Qafqazda ən böyük rus diasporunun Azərbaycanda olduğunu bildirib. Azərbaycanın müstəqilliyinin bərpası tarixindən danışan səfir deyib: “Əlbəttə, uzun illər Rusiya imperiyasının, sonradan SSRİ-nin tərkibində olmuş bir respublika üçün müstəqil siyasət yürütmək asan deyildi. Ancaq tarix göstərdi ki, bu, mümkündür və müstəqil Azərbaycanın Rusiya ilə qurduğu bərabərhüquqlu münasibətlər buna parlaq misaldır”. Azərbaycan xalqının müstəqillik mübarizəsinin dönüş nöqtəsinə çevrilmiş 1990-cı ilin 20 yanvar faciəsini xatırladan səfir bildirib: “Bu hadisə Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu. Hətta ən loyal insanlar belə anladılar ki, vətəndaşlarını tanklar altına atan bir hakimiyyətin rəhbərliyi altında yaşamaq mümkün deyil”.

Azərbaycanın müstəqilliyinin ilk illərindən söz açan səfir artıq vətəndaş müharibəsi astanasında dayanmış Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qaydan ümummilli lider Heydər Əliyevin ölkənin müstəqil inkişaf yoluna qədəm qoymasında həlledici rolunu qeyd edib.

Səfir Rusiya ilə Azərbaycan arasında müasir dövrdə münasibətlərin sürətli inkişafından da danışaraq son bir neçə gündə ölkələrimizin məsul şəxslərinin qarşılıqlı səfərlərini xatırladıb və bu səfərlərin münasibətlərimizin intensivliyindən xəbər verdiyini diqqətə çatdırıb.

P.Bülbüloğlu Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin təşəbbüsü ilə mütəmadi keçirilən Azərbaycan-Rusiya regional forumlarının, iki ölkənin dövlət başçılarının himayəsi ilə hər il təşkil olunan və bir növ “İntellektual Davos”a çevrilmiş Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayıb.

Dünyada baş verən proseslərdən söz açan diplomat qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında sabit münasibətlər bu baxımdan olduqca vacibdir.

Azərbaycanın Cənubi Qafqazın ən böyük respublikası olduğunu və qonşu ölkələrlə sıx əməkdaşlıq əlaqələri qurduğunu qeyd edən P.Bülbüloğlu deyib: “Yeganə qonşumuz Ermənistandır ki, onunla əlaqələrimiz yoxdur. Bu ölkənin Azərbaycana qarşı təcavüzkar siyasəti sayəsində respublikamız ərazisinin 20 faizini itirib, 1 milyon azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkünə çevrilib. Dünya ictimaiyyətinin səylərinə baxmayaraq, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv fəaliyyəti üzündən bu problem həllini tapmır”. Səfir bu ilin aprelində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələr barədə də məlumat verib.

P.Bülbüloğlu Rusiya və İran prezidentlərinin Azərbaycan dövlətinin başçısının dəvəti ilə Bakıya gəlməsini, Bakı Bəyannaməsinin imzalanmasını bu ilin ən mühüm hadisələrindən biri adlandırıb, bu faktın Azərbaycanın sülhməramlı siyasətindən xəbər verdiyini vurğulayıb.

Rusiya Dövlət Dumasının deputatı Olqa Kazakova Azərbaycanda doğulduğunu və gənclik illərini burada keçirdiyini xatırladaraq deyib ki, Azərbaycan tolerantlıq, qonaqpərvərlik ənənələrini daim qoruyub saxlayır. O.Kazakova zəngin tarixə və mədəniyyətə malik Azərbaycan xalqının tarixin mürəkkəb dönəmində ümummilli lider Heydər Əliyevin siyasəti sayəsində ölkədə dünyəviliyi qoruyub saxlamasını mühüm nailiyyət adlandırıb.

Azərbaycanda Böyük Vətən Müharibəsi veteranlarına qayğıdan danışan deputat Bakıda veteranlar evinin inşasına görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü İqor Morozov Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Rusiya Azərbaycanlı Gənclər Birliyinin Rusiyanın bütün gənclər təşkilatları ilə konstruktiv əlaqələr qurduğunu qeyd edən senator Azərbaycan və Rusiya ali məktəblərinin də sıx əməkdaşlığından söhbət açıb, Rusiyada 14 min azərbaycanlı tələbənin təhsil aldığını, bu rəqəmin Rusiyada təhsil alan əcnəbi tələbələrin 10 faizini təşkil etdiyini vurğulayıb.

Hərbi ekspert Aleksandr Perenciyev Azərbaycanı Rusiya ilə regional qurumlarda daha sıx əməkdaşlığa çağırıb. O, həmçinin Rusiya cəmiyyətinin, ilk növbədə gənclərin Dağlıq Qarabağ problemi haqqında daha geniş məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycanın müstəqillik dövründə inkişaf yolundan danışaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycanı regionun lider dövlətinə çevirib. O, Azərbaycanın neft strategiyası, ordu quruculuğu barədə məlumat verib, ölkə rəhbərliyinin İslam dünyası, türk dünyası və MDB ölkələri ilə düşünülmüş siyasətindən danışıb.

AZƏRTAC

Paylaş:
603

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər