Tanınmış hakim Ənvər Seyidovun beyninə qan sızıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış hakim Ənvər Seyidovun beyninə qan sızıb

20:25 - 13 / 12 / 2016
Tanınmış hakim Ənvər Seyidovun beyninə qan sızıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun beyninə qan sızıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, o, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir.

Xəstəxanadan bildirilib ki, Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Seyidov Ənvər Cümşüd oğlu xəstəxanaya hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə daxil edilib.

Dərhal təcili və təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib, eləcə də digər təcrübəli həkimlər xəstənin müalicəsinə cəlb edilib.

Hazırda Ə.Seyidovun həyatı üçün təhlükə yoxdur və müalicəsi bir neçə gün reanimasiya şöbəsində davam etdiriləcək.

1news.az

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər