Dublin–Roma reysi bomba hədəsinə görə Fransadakı hərbi bazaya yönləndirildi | 1news.az | Xəbərlər
Dünya

Dublin–Roma reysi bomba hədəsinə görə Fransadakı hərbi bazaya yönləndirildi

1news Redaksiyası13:57 - Bu gün
Dublin–Roma reysi bomba hədəsinə görə Fransadakı hərbi bazaya yönləndirildi

Dublindən Romaya uçan sərnişin təyyarəsinə bomba qoyulması ilə bağlı hədə daxil olub.

1news.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində təyyarə Fransadakı hərbi hava bazasına yönləndirilib.

Fransanın müdafiə naziri Sebastian Lekornu bildirib ki, İrlandiyanın paytaxtı Dublindən İtaliyanın paytaxtı Romaya uçan “Aer Lingus” aviaşirkətinə məxsus “Airbus A320” tipli sərnişin təyyarəsi havada olarkən bomba hədəsi ilə üzləşib.

Nazirin sözlərinə görə, təyyarə Fransanın Evreux hərbi hava bazasına yönləndirilib. Hadisənin Fransa Baş nazirliyi tərəfindən də yaxından izlənildiyi bildirilib.

Qeyd edək ki, ötən çərşənbə axşamı Avropada azı 7 təyyarəyə və bir sərnişin gəmisinə bomba qoyulması ilə bağlı hədələr daxil olub.

Hədələrdən sonra aparılan yoxlamalar zamanı heç bir partlayıcı qurğu aşkarlanmayıb.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər