Bakı sakini yeznəsinin qulağını kəsib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı sakini yeznəsinin qulağını kəsib

14:19 - 14 / 12 / 2016
Bakı sakini yeznəsinin qulağını kəsib

Paytaxt sakini yeznəsinin qulağını kəsib.

1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində qeydə alınıb.

Belə ki, 59 yaşlı Bayramov Famil Musa oğlu qaynı ilə birlikdə evdə nahar etmək üçün masa arxasına əyləşib. Aralarında yaranan mübahisə zəminində F.Bayramov döyülüb. Daha sonra qaynı onun sağ qulağını kəsib. F.Bayramov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun sağ qulağı həkimlər tərəfindən tikilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparıb.

1news.az

Paylaş:
861

Son xəbərlər

Bütün xəbərlər