Bu gün Milli Park və Qoruqlar Günüdür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Milli Park və Qoruqlar Günüdür – FOTO

11:55 - 11 / 01 / 2017
Bu gün Milli Park və Qoruqlar Günüdür – FOTO

Bu gün – 11 yanvar Milli Park və Qoruqlar Günüdür.

1news.az-ın məlumatına görə, hazırda, ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən milli parklar 3,7 faizini təşkil edir.

Milli Parklar və qoruqlar sayı azalmaqda olan bitki və heyvan növlərini qorumaq üçün nəzərdə tutulub. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Burda alimlər bitki və heyvanlar üzərində müşahidə aparır, nəsli kəsilməkdə olan növlərin sayını artırmaq üçün yollar axtarırlar.

Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılıb. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları və 1936-cı ildə Hirkan qoruğu təsis edilib. Beləliklə, 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərib.

1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilib və bir neçə ildən bir yeni qoruq təşkil edilib. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılıb. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci  ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə icə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulub. Eyni zamanda 2003-cü ildə Türyançay,Pirqulu,İlisu, Qarayazı,İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilib.

Qoruğun başqa forması olan Milli parkda ayrı – ayrı növlər yox, bütün təbiət qorunur. Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, elmi tədqiqat statusuna malik olan ərazilərdir.

Dünyada yaradılan ilk milli park isə ABŞ-dakı Yelouston milli parkıdır. Burada min hektara yaxın iynəyarpaqlı meşə qorunur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılana qədər Azərbaycanda Milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq nazirlik tərəfindən Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli Parkları yaradılıb.

2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılıb. 2009-cü il 25 noyabr tarixində ölkə Prezidentinin Sərəncami ilə Ordubad Milli Park ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu, Şahbuz, Culfa, Ordubad rayonlarının torpagları hesabına genişləndirilərək sahəsi 42797,4 ha çatdırılıb. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb.

Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilərək, 130508,1 hektara çatdırılıb. Ölkə Prezidentinin 2012-ci il 5 noyabır tarixli sərəncamı ilə Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə fondu torpaqların hesabına 11772,45 hektar ərazidə Samur-Yalama Milli parkı yaradılıb.

Bununla yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir. Digər tərəfdən mövcud qoruqların əraziləri də genişləndirilir.

Qızılağac dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək dənizkənarı milli parkının yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, fauna və floranın qorunmasında dövlət təbiət yasaqlıqlarının da xüsusi rolu var. Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılıb. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilib. 2003-cü ildə yenidən yasaqlıqların yaradılmasına başlanılıb və həmin ildə Qax, 2005-ci ildə isə Arazboyu və Hirkan, 2008-ci ildə Zaqatala, 2009-cu ildə isə, Arpaçay və Rvarud Dövlət Təbiət Yasaqlıqları yaradılıb.

1news.az

Paylaş:
11207

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər